Şrift:
Abbas Ucar: ”Dağlıq Qarabağda keçirilən“prezident seçkiləri” heç bir şeyi həll etmir”
21.07.2012 [12:49] - Siyasət
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir və keçirilən “prezident seçkiləri” heç bir şeyi həll etmir.

Bu sözləri Belçika Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin “BELKAD” başqanı Abbas Ucar Ermənistan tərəfinin zərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirdiyi “prezident seçkiləri”ni şərh edərkən bildirib.

“Dünya ictimaiyyəti Dağlıq Qarabağın işğal altında qaldığını yaxşı bilir. Beynəlxalq təşkilatların bununla bağlı qərar və bəyanatları var. Ermənilər bu dırnaqarası seçkiləri keçirməklə hansısa nailiyyətlərə nail olacaqlarını düşünürlərsə, yanılırlar.
Son illər Azərbaycan diplomatiyatasının uğurlu siyasəti Ermənistanın işğalçılıq siyasətinin gündəmdə olmasına gətirib çıxarıb. Artıq,problemə baxış əvvəlki illərdən fərqlənir”,-deyə Abbas Ucar qeyd edib.

Abbas Ucar Ermənistanın işğalçılıq siyasətinin daha da geniş şəkildə ifşa olunacağını bildirib.

“Bu siyasət davamlı və effektiv olacağı şübhəsizdir. Çünki, Ermənistan və onun lobbisi qarşısında güclü Azərbaycan diplomatiyası və güclənməkdə olan azərbaycan diasporu var”,-deyə dərnək sədri vurğulayıb.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed