21.07.2012 [12:26] - Xəbərlər, İdman
Polşanın Katovitse şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında qızların mübarizəsinə yekun vurulmuşdur.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, çempionatda yığma komandamız 4 medal qazanmışdır.
Yarışda 52 kiloqram çəki dərəcəsində çıxış edən Almaz İsmayılova Böyük Britaniya, Almaniya və Polşadan olan rəqibləri üzərində qələbə qazanaraq finala çıxmış və həlledici qarşılaşmada Rusiya güləşçisinə uduzaraq gümüş medalla kifayətlənmişdir.
Raqnetta Qurbanzadə (65 kq) Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala yüksəlmişdir. Final görüşündə bolqarıstanlı rəqibinə uduzaraq qitə çempionatını gümüş medalla bitirmişdir.
Sahilə Ələkbərova (40 kq) və Arzu Əliyeva (46 kq) isə bürünc medal qazanmışlar.
Komanda hesabında 45 xal toplayan yığmamız beşinci olmuşdur. İlk dördlükdə Rusiya (90 xal), Ukrayna (75 xal), Polşa (50 xal) və Türkiyə (48 xal) qərarlaşmışlar.
DAVAM.AZ: - BU qızlarımız ingilis mahnısı oxuyanlardan daha önəmlidirlər.

Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |