Şrift:
Cahangir Hacıyevin xanımı Londonda həbs edildi
07.11.2018 [10:15] - Gündəm, Hüquq
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda saxlanılıb.

Bu barədə Londonun Vestminster rayonunun Magistrat məhkəməsinə istinadən BBC məlumat yayıb.

Məlumata görə, Zamirə Hacıyeva Azərbaycanın tələbi əsasında ötən həftə yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bildirilir ki, 10 il ərzində Londonun məşhur "Harrods" mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Böyük Britaniya Birləşmiş Krallığının "İzahedilməz Sərvət Qanunu"nun ilk hədəfi olmuş Z.Hacıyevanın Azərbaycana ekstradisiya olunacağı gözlənilir.

Britaniya Milli Cinayət Agentliyi Z.Hacıyeva barəsində cinayət təhqiqatını davam etdirir.

Ötən həftə agentlik onun ailəsinə məxsus 400 min funt sterlinq dəyərində zinət əşyalarını müsadirə edib. Ailə bu əşyaları "Christies"də hərraca qoymaq istəyirdi.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır.

Cahangir Hacıyev 2016-cı ildə sədri olduğu Bankda böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed