21.07.2012 [13:46] - Güney Azərbaycan xəbərləri
İranın Gülüstan vilayətində yağan güclü leysan nəticəsində baş verən sel və daşqınlar ciddi fəsadlar törədib. “Mehr” xəbər agentliyinin məlumatına görə, daşqınlar Əliabad kəndində 2 nəfərin ölməsinə səbəb olub. Bundan əlavə, vilayətin Hüseynabad, Baharan, Kamalabad, Bəndərgəz və digər bölgələrdə evlərə və mağazalara külli miqdarda ziyan dəyib, su və kanalizasiya xətləri sıradan çıxıb, Kordkoy-Bəndərgəz magistral yolu bağlanıb. Qeyd edək ki, iyulun 16-da Gülüstan əyalətinin Rudsər şəhərində də sel və daşqınlar baş verib, nəticədə 3 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |