07.11.2018 [16:22] - Gündəm, DAVAMın yazıları
Qədim Vətənimiz Azərbaycanın ulu tarixi zaman-zaman yad əllərdən keçərək saxtalaşdırılmış və böyük, qüdrətli Səfəvi dövlətinin yurdları kimi param-parça halına salınmışdır. Bu qəsd-qərəzliklərə baxmayaraq, elmi təfəkkürdə linqvistikanın təkzibedilməz qanunlarına əsasən hər-hansı missiyada yazılan salnamələrdən elmi təfəkkürlə məntiqi, obyektiv nəticə çıxarmaq mümkündür. Azərbaycan alimləri və tədqiqatçıları həqiqi tariximiz haqqında dəyərli yazılar yazsalar da, qara qüvvələr bu yazıların icmalı ilə tariximizin düzgün yazılışına imkan vermirlər. Yaxşı ki, indi elektron informasiya əsrində sosial şəbəkə imkanı var və qələmimizi haqqa yönəldib sözümüzü deyə bilərik: bununla da biz “kimin- kim, nəyin-nə” olduğunu açıqlamaq şəraitindəyik.
Səfəvilərin böyük ideoloqu və dövlət xadimi, filosof, şair, övliya Miskin Abdalın həyat və yaradıcılığı ilə bağlı mərkəz şəcərə xəttindən olan Tofiq Hüseynzadənin (SSRİ Jurnalistlərİttifaqının üzvü, şair, jurnalist, tədqiqatçı folklorşünas alim) 2018-ci ildə nəşr olunmuş 3 cildlik “Xəyal cığırı” kitabında «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» elmi-tədqiqat əsərində elmi-məntiqi araşdırmaları ilə tariximizə aid dəyərli məlumatlar vermişdir. Göyçə mahalı Azərbaycanın digər müqəddəs məkanları kimi, ta qədimdən bəşəriyyətin ilkin mədəniyyət beşiyi olmuşdur. Təqribən 100 km uzunluğu 40 km eni, ortada Göyçə gölü olan bu mahal cənubdan Ağlağan,Təpəsidəlik, Çənlibel dağları və Səlim gədiyi ilə, şimaldan Murğuz-Şahdağ silsiləsi ilə əhatə olunmuş «güllü bir nəlbəkini» xatırladır.
«Kitabi Dədə-Qorqud» dastanlarında Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı toponimləri yer almışdır. Göyçə mahalı, məhz, Dədə Qorqudun oylaqları olmuşdur. Vaxtilə «Göytürk İmperiyası»na daxil olan bir çox yerlərdə də “Göyçə” toponiminə rast gəlirik. Bu gün Orta Asiya və Anadoluda da Göyçə adlı toponimlər, hidronimlər, yaşayış məntəqələri mövcuddur. F.Sumerin «Oğuzlar» kitabında «Göyçölü» adlanan qədim oğuz boyu– tayfası barədə məlumatlar vardır. Tiflis quberniyasının Borçalı qəzasında «Göyçəli» çayı, «Göyçəli» dağı, Ağstafa rayonunda «Göyçəli» kəndi, Dəmirçi Həsənli nahiyəsində «Göyçəli» el adı, İrəvan quberniyasının Sürməli qəzasında «Göyçəli» kəndi, Qarabağın Otuz iki ulusunda yaşayan
«Göyçəli» eli, XII-XIV əsrlərdə Anadoluda Qara İsa tayfasının bir qolu olan «Göyçəli» tayfası bu qəbildəndir. Bütün bu adlar, heç şübhəsiz, indiki Ermənistanda olan Göyçə gölü və mahalı, həmin mahalın Azərbaycanlı əhalisi (Göyçəli) ilə vahid soykök və bütövlük təşkil edirlər. XIII əsr Alban tarixçisi Mxitar Qoşun sözləri də bu fikri təsdiq edir . Əbubəkr Tehraninin (XVI əsr) «Kitabi Diyarbəkriyyə» əsərində Ağqoyunlu hökmdarı Uzun Həsənin 24-cü babası– Sunqur bəyin VI-VII əsrlərdə «Göyçə dənizə» gəlib «kəffarla» vuruşması, Oğuzun nəvəsi Bayandur xaqanın Göyçə dəniz yaylaqlarında böyük qurultay çağırması, Uzun Həsənin 52-ci babası Oğuz Xaqanın Göyçə dənizi ətrafından çıxması və orada da vəfat etməsi, Şəktur xaqan və Qıpçaq xaqanın başlıca fəaliyyət mərkəzlərinin məhz Göyçə ətrafında cərəyan etməsi, I Şah İsmayılın Göyçə gölünün Ağdamar adasındakı Ağdamar qalasında Miskin Abdal tərəfindən düşmənlərindən gizlədilməsi və tərbiyə edilməsi, Sarıyaqub (o vaxtkı Zərgərli) kəndini xüsusi fərmanla özünün mürşidi Miskin Abdala bağışlaması və sair faktlar, habelə, «Ağmanqan» dağı ilə qonşu olan Çənlibel dağı (qalası), bir az aralıda yerləşən Qoşabulaq – Koroğlunun əsas döyüş meydanları
və iqamətgahının da Göyçə ətrafında olması, Qırat və Düratın da Göyçə gölündən çıxması, Koroğlunun, Miskin Abdalın oğlu Şadmanın Qoşabulaqdan su içməsi ilə bağlı tarixi rəvayətlər bu mahalı möcüzələr diyarına çevirmişdir . Misirin yazılı tarixi mənbələrində (İbn Hellikanın əsərləri), böyük fateh SULTAN SƏLAHƏDDİN Yusif oğlunun (1138-1193) özünün və əmisi Şirkuhun sözlərinə və digər qaynaqlara əsasən, əslən Azərbaycanın Göyçə mahalından «Göy böri» – «Göy qurd» tayfasından, «Əz-zib» nəslindən olduğunu xəbər verir: «Roma Papası» tərəfindən başladılmış
«Üçüncü səlib yürüşü»nə (1189-1192) qarşı birləşmiş müsəlman ordusuna rəhbərlik etmiş Səlahəddin Əyyubi Xaçlıların baş komandanı, bütün Avropanın qürur duyduğu İngiltərə kralı Riçardı (1157-1199) Akka qalasında diz çökdürərək əsir almışdır. Müqəddəs tarixi şəhər Qüdsü (Yerusəlimi) qeyri-müsəlmanlardan alaraq İslamın müqəddəs mərkəzlərindən birinə çevirmişdir. O, 1171-1252-ci illərdə mövcud olmuş, Misirdə babasının adı (Əyyub) ilə Əyyubilər sülaləsinin əsasını qoymuş, Misir, Suriya, İraq, Yəmən, Hicaz və ətraf əraziləri əhatə edən böyük bir İslam dövləti yaratmaqla İslam dünyasına rəhbərlik etmiş, oğlanlarına da əsl
Türk adları: Tuğtəkin və Turanşah adlarını qoymuşdur. Tarixi mənbələr, 661-ci ildən Xilafəti qılınc gücünə ələ keçirmiş Əməvilər sülaləsinin hakimiyyətinə son qoymuş ƏBU MÜSLÜMÜN də əslən Azərbaycanın Göyçə mahalından olduğunu, oradan Xorasana köçdüyünü, orada «Xorasani»
adı ilə tanındığını təsdiq edir. Əbu Müslüm Əməvilərin zülmünə qarşı Azərbaycan, Xorasan, Baktriya və Xarəzm türklərinin qüvvələrini birləşdirərək, Xorasanda üsyan bayrağını qaldırmış, 1 il ərzində İspaniya istisna olmaqla, Türküstandan Mərakəşə qədər hər yerdə Əməvilər sülaləsinin hakimiyyətini yox etmiş, 750-ci ildə Peyğəmbərin əmisi
Abbasın oğullarını hakimiyyətə gətirmiş, Abbasilər Xilafəti qurulmuş, paytaxt Şam şəhərindən Bağdad şəhərinə köçürülmüşdür. Abbasilərin içərisində olan xain qüvvələr,onu Həcc ziyarətinə getmək adı ilə aldadıb, Bağdad sarayındaxaincəsinə öldürmüşlər. Məhz, böyük Türk oğlu Babəkin
də «Xürrəmilər üsyanı» sırf Türk təəssübkeşliyi olub, həmin Xilafətdən Əbu Müslümün intiqamını almaq məqsədi daşımışdır. Qeyd mənimdir: Babəkin atasının soy adı Abdulla, anası- Fatimə, özünün soy adı Həsən-Babək olmaqla İslam dinini qəbul edənlərdir, eyni zamanda Babək İbrahim peyğəmbərdən qalma sünnətli fiziki durumda olmuşdur. Təəssüf ki, tariximiz yadellilər tərəfindən yazılmış: tarixi qəhrəmanlarımızın soykökü, əsl məqsədləri təhrif edilərək, saxtalaşdırılmış, onların əməlləri də özününküləşdirilmişdir…
ARDI VAR…
Niftali Goyceli

Bu xəbər oxucular tərəfindən 1228 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |