Şrift:
Müstəqil Azərbaycanın 23 yaşlı Konstitusiyası
12.11.2018 [10:16] - Xəbərlər, Hüquq
12 noyabr Azərbaycanda Konstitusiya günüdür. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Kostitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xususi komissiya yaradılıb, Konstitusiya layihəsi ümümxalq müzakirəsinə çıxarılıb. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.



Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edcən ilk Kostitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub. Bu gün Azərbaycan vətəndaşları konstitusiya ilə onlara verilən hüquqlardan tam yararlana bilərlər.



Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Hər bir xalqın həyatında ən mühüm sənəd konstitusiya hesab olunur. Azərbaycan Konstitusiyası dünyada mövcud olan az sayda konstiusiyalardan biridir ki, dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının müdafiəsi və ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi göstərilib. Amma bəzi vətəndaşlar kifayət qədər maariflənmədiyi üçün konstitusiyanın onlara verdiyi hüquqlardan yararlana bilmir. Bunun səbəblərindən ən başlıcası onların hüquq və azadlıqlarını kifayət qədər bilməmələridir. Halbuki Azərbaycan Konstitusiyası onlara kifayət qədər hüquq verir. Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.



Qeyd edək ki, Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed