Şrift:
İsrail Suriya ərazisində xüsusi təyinatlı əməliyyatlara hazırlaşır
21.07.2012 [15:17] - Xəbərlər
İsrail Suriya ərazisində xüsusi təyinatlı əməliyyatlara hazırlaşır.
«Kanal 10» telekanalına müsahibəsində İsrailin müdafiə naziri Ehud Barak bildirib.

E.Barak bildirib ki, əməliyyat Suriyanın inventarında olan kimyəvi silahların «Hizbullah»ın əlinə keçməsini önləmək məqsədi daşıyır: “Orduya kəşfiyyat da daxil olmaqla, lazım olan bütün məsələlərdə hazırlıqların həyata keçirilməsi əmrini verdim. İnkişaf etmiş silah sistemlərinin, xüsusilə də təyyarələrə qarşı raketlərin və “Yer-Yer” tipli ağır raketlərin daşınması ehtimallarını dəyərləndiririk. Kimyəvi silahların Suriyadan Livana daşınma ehtimalı da müzakirə mövzusu ola bilər».
Nazir Suriya lideri Bəşər Əsəd devrilməyə başladığı anda kəşfiyyat dəyərləndirmələri apararaq digər qurumlarla bağlantı qurulacağını da bildirib.
Qeyd edək ki, ABŞ da Suriyadakı kimyəvi silah anbarları ilə bağlı durumu yaxından təqib etdiyini açıqlayıb. Vaşinqton vətəndaş qarşıdurması iqtidar boşluğu ilə nəticələndiyi zaman bu silahların «Hizbullah» kimi təşkilatların əlinə keçməsindən əndişələnir. Amerika kəşfiyyatındakı məlumatlara görə, Suriyanın əlində xardal qazı, VX və sarin qazı kimi kimyəvi silahlarla yanaşı, onları daşıya bilən raket sistemləri də yer alır.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed