Şrift:
Fərəc Quliyev Mübariz Qurbanlıya başsağlığı verdi
12.11.2018 [11:48] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının anası Süsən Qurbanlı dünyasını dəyişib.

Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Mübariz Qurbanlıya və mərhumə xanımın digər oğlu Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanova başsağlığı verib.

Başsağlığında deyilir:

“Süsən xanım Qurbanlının vəfatı bizi dərindən kədərləndirdi. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhumə xanımın övladları Mübariz Qurbanlıya, Tariyel Qurbanova və bütün doğmalarına dərin hüzünlə başsağlğı verir, Allahdan səbr diləyirəm.

Allah Süsən xanıma rəhmət etsin, məkanı Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed