Şrift:
Türkiyədə Dağlıq Qarabağdakı "seçkilər"ə etiraz olaraq aksiya keçirilib
21.07.2012 [16:45] - Xəbərlər, Siyasət
Ermənistan işğalı altında Dağlıq Qarabağ torpaqlarında keçirilən prezident seçkilərinə Əskişəhərdə etiraz edilib.

Bu barədə Əskişəhər Azərbaycanlılar Dərnəyi başqanı sayın Cavid Aydın bildirib.

“Aksiya Türkiyə Əskişəhərdə fəaliyyət göstərən Azərbaycanlılar Dərnəyinin təşəbbüsü ilə, ermənilərin işğal etdiyi Dağlıq Qarabağ torpaqlarında keçirilən “prezident seçkiləri”nə etiraz məqsədilə keçirilib.

Azərbaycanlı tələbələr, Türk ocakları başqanı, Ülkü ocaqları başqanı və üzvləri və Güney Azərbaycanlı fəallar əllərində Qarabağla bağlı plakatları qaldırdılar.
Xüsusilə, onlar ermənilərin Qarabağda Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlərin fotoları ilə bu saxta seçkilərə etiraz edib, sözdə olan Dağlıq Qarabağ “prezidentlik seçkiləri”ni qınadılar.
Yerli media üçün qətnamə oxunduqdan sonra aksiya başa çatdı”, deyə C.Aydın qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed