Şrift:
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısı sona çatıb
21.10.2011 [12:41] - Gündəm
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən zirvə toplantısı sona çatıb. Toplantının yekunları əsasında 49 bənddən ibarət Almatı Bəyannaməsi imzalanıb. Bəyannaməyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstan prezidenti Roza Otunbayeva və Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ imza atıb.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının II sammiti 2012-ci ildə Qırğızıstanda keçiriləcək. Sammit “Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq” mövzusunda olacaq.
Bu xəbər oxucular tərəfindən 1449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed