15.11.2018 [10:12] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir.
Komitədən bildiriblər ki, əvvəlcə nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.
Daha sonra nümayəndə heyətinin Meksikanın Los-Ancelesdəki baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüşü olub. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. Eyni zamanda, ABŞ-dakı Meksika diasporunun tarixi, inkişaf prosesi, problemləri müzakirə olunub, bu ölkədəki Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin növbəti görüşü San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutub. Görüşdə Kaliforniyanın ən böyük şəhərlərindən biri olan San-Dieqo ilə əməkdaşlığın zəruriliyi vurğulanıb. Tərəflər ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi ilə bağlı razılığa gəliblər.
Los-Anceles səfəri çərçivəsində Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə keçirilən görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında qısametrajlı film nümayiş etdirilib. Daha sonra Azərbaycanın Asiya ölkələri, xüsusilə Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti barədə məlumat verilib. Azərbaycan haqqında sual-cavab formatında baş tutan görüşün sonunda hər iki icmanın nümayəndələri Kaliforniyada öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etməyi qərara alıb.
Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə Heyətinin sabiq sədri Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Riçard Sandler ilə də görüş olub. Görüşün əsasən Azərbaycan və yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələr, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi barədə danışıb, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.

Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |