Şrift:
Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının sədr müavini Vəkillər Kollegiyasında olub
15.11.2018 [10:12] - Hüquq
Noyabrın 14-də Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının (CCBE) sədr müavini Ranko Poliçariç Vəkillər Kollegiyasında olub.

Vəkillər Kollegiyasından bildiriblər ki, qurumun Rəyasət Heyətinin sədri Anar Bağırov qonağa son dövrlər ölkəmizdə vəkilliyin inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın CCBE-yə üzvlüyünün perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed