15.11.2018 [11:00] - Gündəm, DAVAMın yazıları
UNESCO-nun Səmərqənddə (Özbəkistan) təsis etdiyi Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnstitutunun rus dilində “Mərkəzi Asiya və Azərbaycanın dinləri” elmi toplusunun bu il dərc edilmiş IV cildi (Религии Центральной Азии и Азербайджана. Том IV. Христианство. – Самарканд: МИЦАИ, 2018. – 296 с) regionda xristianlığın qədim tarixinə həsr edilib. Regionda xristianlığın tarixinə həsr edilmiş topluda mövzu üzrə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçiləri — t.ü.f.d., arxeoloq Mübariz Xəlilovun və t.ü.f.d., arxeoloq, dosent Natiq Alışovun Azərbaycan ərazisində Alban dövləti, Alban xristianlığı və Alban xristian dini memarlığı barədə geniş məqalələri dərc edilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., arxeoloq Mübariz Xəlilovun “Albaniyanın (Azərbaycan) IV - X əsrlər xristian abidələri” mövzusunda məqaləsində Azərbaycan ərazisində qədim mənbələrə görə, Alban dövlətinin hələ e.ə. 330-cu ildə Qavqamel döyüşünə qədər mövcud olması, Cənubi Qafqazda eramızın 56-cı ilində İsa Məsihin həvarisi Faddeyin şagirdi Yelisey tərəfindən Qafqaz Albaniyasında xristianlığın yayılması, alban xristian kilsəsinin IV əsrdən etibarən Şimal-Şərqi Qafqazdakı hunlar (maskut/masaha-hunlar/massagetlər) daxilində alban xristian missioner fəaliyyəti barədə ətraflı məlumat verilir. Tədqiqatçı Albaniya xristian memarlıq abidələrini, nümunələr gətirməklə 8 xüsusiyyət üzrə təsnif etmişdir: 1) düzbucaqlı birnefli; 2) üçnefli bazilika; 3) xaçşəkilli; 4) dairəvi; 5) üç zala malik; 6) mağara tipli; 7) yarımqazma tipli; 8) səyyar çadır-məbədlər (skiniyalar).
Həmçinin, t.ü.f.d. M.Xəlilov göstərmişdir ki, arxeoloqlar tərəfindən xristian Albaniyası dövrünə aid aşkar edilmiş qəbir abidələrini əsas 9 qrupa təsnif etmək mümkündür: 1) torpaq qəbirlər; 2) çiy kərpicdən hörülmüş dəfn kameraları; 3) bişmiş kərpicdən hörülmüş kameralar; 4) katakomba dəfnlər; 5) kirəmitli dəfnlər; 6) daş qutular; 7) daş sərdabələr; 8) daş sarkofaqlar; 9) qaya sərdabələri.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi — t.ü.f.d., arxeoloq, dosent Natiq Alışovun “Azərbaycanda xristianlıq. XI - XXI əsrlər” mövzusunda məqaləsində Alban dövlətinin və alban xristian kilsəsinin tarixi ilə bağlı bir sıra maraqlı faktlar rusdilli oxucuların diqqətinə çatdırılıb. Tədqiqatçı göstərir ki, alban kilsəsi IV əsrdən XIX əsrin əvvəllərinədək müstəqil fəaliyyət göstərmişdir.
Tədqiqatçı göstərmişdir ki, Gülüstan (1813-cü il), Türkmənçay (1828-ci il) və Ədirnə (1829-cu il) müqavilələri əsasında Rusiya imperiyası tərəfindən işğal edilmiş Azərbaycan xanlıqları ərazisinə köçürülmüş ermənilər məhz alban xristian dini irsini mənimsəməyə başlamış, xristian albanların bir hissəsinin erməniləşməsinə səbəb oldular. 1836-cı ildə isə, Rusiya Kilsə Sinodunun və Rusiya imperatoru I Nikolayın əmri ilə Alban kilsəsi ləğv edilərək bütünlüklə erməni kilsəsinə verilir. 1909-1910-cu illərdə ermənilər Rus Kilsə Sinodunun razılığından istifadə edərək, Sinodun arxivində Alban kilsəsinə aid tarixi sənədləri (tarixi və dini əsərləri) məhv edirlər.
Daha sonra tədqiqatçı albanların erkən xristian abidələrinin inşaatının xüsusiyyətləri məsələsinə toxunaraq bildirir ki, dağlıq ərazilərdən fərqli aran ərazilərdə alban dini memarlıq abidələri çiy kərpicdən inşa edilirdi. Buna görə, bu abidələr yalnız arxeoloji tədqiqatlarla aşkar edilir. Müəllif son dövlərdə özünün rəhbərliyi altında arxeoloji ekspedisiya tərəfindən Azərbaycanın bir sıra rayonlarında aşkar edilmiş alban xristian memarlıq abidələri barədə ətraflı məlumatları oxucuların diqqətinə çatdırır.
Hər iki tədqiqatçının elmi məqalələrində Azərbaycanın Bərdə, Qəbələ, Qax, Zaqatala, Balakən, Şəki, Daşkəsən, Gədəbəy, Mingəçevir, Tərtər, Qazax, Oğuz, İsmayıllı və Naxçıvanda, həmçinin, erməni işğalı altında olan ərazilərdə (Ağdam, Xocavənd, Kəlbəcər, Laçın və d.) foto- və planoqrafik təsvirlərlə müşayiət olunan onlarla alban dini memarlıq və dəfn abidələri, Rusiya Federasiyasının Dağıstan Respublikasındakı və Yerusəlimdə (İsrail) aşkar edilmiş Alban xristian məbədləri barədə geniş məlumat verilib, onların tarixi dövrlərə uyğun olaraq planometrik xüsusiyyətləri incələnmişdir. Tədqiqatçılar Alban xristianlığındakı monofizit və diofizit dini cərəyanlarının memarlıqda da öz əksini tapmış xüsusiyyətlərini göstərmişlər. Həmçinin, tədqiqatçıların məqalələrində işğal edilmiş ərazilərdəki alban dini məbədlərində qanunsuz arxeoloji tədqiqatların aparılması məsələsinə də toxunulub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Əlaqə:(012) 510 96 74, 055 659 04

Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |