Şrift:
“Türkologiya” jurnalının sosial şəbəkəsinin yaradılması geniş müzakirə platforması formalaşdıracaq
16.11.2018 [10:24] - Gündəm, Türk dünyası-Turan
“Türkologiya” jurnalında “türkologiya və internet”, “türkologiya və virtual məkan” kimi yeni rubrikaların yaradılmasına ehtiyac var.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında “Türkologiya” jurnalının 2016-2018-ci illər üzrə fəaliyyəti haqqında müzakirələrdə iştirakı zamanı səsləndirib. Alim türkologiya elminə, türk xalqları tarixinə, mədəniyyətinə və digər mühüm məsələlərə dair məqalələri əhatə edən jurnalın fəal oxucusu olduğunu, nəşrin beynəlxalq jurnalların tələblərinə cavab verdiyini vurğulayıb.

Son zamanlar virtual məkan anlayışının vüsət aldığını deyən akademik Rasim Əliquliyev türkdilli ölkələrin ortaq dil problemini, internet resurslarında bu istiqamətdə yeni tədqiqatların meydana çıxdığını diqqətə çatdırıb. Bildirib ki, türkdilli ölkələrin konfrans və simpoziumlarında müxtəlif çağırışlar edilir, yeni ideyalar yaranır. AMEA-nın akademik-katibinin sözlərinə görə, “Türkologiya” jurnalının sosial şəbəkəsinin yaradılması, burada forumların təşkili bu nəşrin oxucuları, məqalə müəllifləri üçün geniş müzakirə platformasını formalaşdıracaq: “Bu, türkdilli ölkələrin maraqlarına xidmət etməklə yanaşı, həm də jurnalın inkişafına, onun üzərinə götürdüyü missiyanı daha uğurla həyata keçirməsinə imkan verəcək”.

R.Əliquliyev, həmçinin türk dünyası ölkələrini birləşdirən vahid domen zonasının yaradılmasının zəruri olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed