Şrift:
Çin alimləri “tikanlı” kontakt linzalar icad ediblər
16.11.2018 [10:56] - Sağlıq
Çin alimləri “tikanlı” kontakt linzalar icad ediblər.

Çin alimlərinin yeni ixtirası olan miniatür “tikanlı” kontakt linzalar “həssas işgəncə” kimi səslənsə də, göz xəstəliklərinin müalicəsində əsl inqilab yarada bilər. İtilənmiş kiçik piramidalar su ilə təmas halında yavaş-yavaş əriyən materialdan hazırlanıb. “Tikanlarda” olan dərman səthi qişaya toxunmayaraq birbaşa gözün daxilinə düşür.

İdeya müəlliflərinin fikrincə, bütün prosedur tamamilə ağrısızdır. Hər halda, yeni terapiyanın sınaqdan keçirilməsi zamanı istifadə edilən laboratoriya siçanlarında heç bir narahatlıq əlamətləri aşkar edilməyib. Lakin alimlər bu yeniliyi hələ insan üzərində sınaqdan keçirməlidirlər.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed