Şrift:
İran Hörmüz boğazında dənizi ölçmə əməliyyatını həyata keçirəcək
23.07.2012 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Fars körfəzində ən böyük kimyəvi, fiziki və geoloji ölçmə əməliyyatını həyata keçirəcək. Ölçmə əməliyyatına sentyabr ayında Hörmüz boğazından başlanacaq. Bunu İranın Milli Okeanoloji Müəssisəsinin rəhbəri Vəhid Çegini deyib. Bu barədə İRNA agentliyi xəbər verir.
Çegini bildirib ki, bu əməliyyatın icrası 18 ay çəkəcək və dənizin fiziki, geoloji və kimyəvi ölçülməsi əməliyyatı davamlı şəkildə aparılacaq.
Onun sözlərinə görə, bu təhqiqat proqramının icrası ilə Hörmüz boğazında baş verən dəyişiklikləri daha yaxşı öyrənə biləcəklərinə ümid edirlər.
Çegini bunun Fars körfəzində və Hörmüz boğazında ilk və genişmiqyaslı əməliyyat olduğunu vurğulayıb və deyib ki, indiyədək heç bir ölkə Hörmüz boğazında bu növ araşdırma aparmayıb.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed