Şrift:
Zəlzələyə qarşı növbəti addım
23.07.2012 [11:05] - Gündəm, Hadisə
Rus fiziklər tərəfindən xüsusi texnologiyalardan istifadə edilərək hazırlanan "Kanopus-B" zəlzələlər barədə xəbərdarlıq peyki bu gün səhər orbitə buraxılıb. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Qazaxıstanın "Baykonur" kosmodromundan "Soyuz-FG" daşıyıcı raketi ilə kosmosa göndərilən peykin dünyanın hər hansı bir bölgəsini bir sıra fiziki parametrlə müşahidə altına alaraq burada yaxın vaxtlarda zəlzələnin olub-olmayacağını əvvəlcədən bilmək xüsusiyyətinə malik olduğu bildirilir.
Yeni nəsil peyki hazırlayan Rusiyanın Elektromexanika İnstitutunun rəsmiləri İTAR-TASS agentliyinə bildiriblər ki, "Kanopus-B" peykində hələ bu günədək heç bir ölkənin istifadə etmədiyi zəlzələ xəbərdarlığı texnologiyası işləyəcək. Peykdəki cihazlar araşdırılan bölgədəki atmosferi və Yer kürəsindən əldə olunan maqnit dalğalarını xüsusi düsturla hesablayaraq zəlzələlər barədə əvvəlcədən xəbər verməyi sınaqdan keçirəcək.
Qeyrd etmək lazımdır ki, 510 kilometr yüksəklikdə yerləşdiriləcək "Kanopus-B" peykinin 7 il çalışacağı güman edilir. Peykdə ayrıca olaraq yanğınlar və anomal iqlim hadisələri barədə xəbərdarlıq sistemi də çalışır.
Bu xəbər oxucular tərəfindən 1205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed