23.07.2012 [11:48] - Müsahibə
Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin həmsədri Seymur Həsənlinin GünAz TV mətbuat mərkəzinə müsahibəsini təqdim edirik.
- Seymur bəy, Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti hansı zərurətdən yarandı?
- Türk Dünyasının müxtəlif bölgələrində olan problemlər hər bir türkün problemidir. İstər Qarabağ, istər Güney Azərbaycan, istər uyğur türklərinin, istərsə də Kıbrıs türklərinin problemi ümumtürk məsələsi olduğundan biz də Quzey Kıbrıs Türk Cümhuriyyətinin tanıdılması və Türk dünyası ilə əlaqələrinin gücləndirilməsi bu təşkilatı yaratdıq. Kıbrıs məsələsindən danışarkən bir az tarixi keçmişə diqqət yetirsək problemin hardan qaynaqlandığını bilmiş olarıq. Məlumdur ki, 1974-cü il iyulun (July) 20-də yunanların Kıbrıs Türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə və qətliamları dayandırmaq üçün Türkiyə adaya hərbi ordu yeridib. Türkiyə ordusunun "Barış hərəkatı" əməliyyatı Kıbrıs Türklərinin öz tarixi torpaqlarında yaşamaq haqqını təmin etməklə bərabər, adanın ikiyə bölünməsini də əsaslı olaraq başa çatdırmış oldu. O vaxtdan Kıbrısın güneyi yunanların (rumların), quzeyi isə Türklərin nəzarətindədir, onları ayıran "yaşıl zolağa" isə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sülhməramlı qüvvələri nəzarət edir. Əslində, adanın bölünməsi ondan 10 il öncə Türklərlə vahid dövlətdə yaşamağı rədd edən yunanlar tərəfindən başlanmışdı. Amma, nə yazıqlar ki, dünyadakı "ikili münasibətlər" siyasəti Kıbrıs məsələsinə münasibətdə də özünü göstərib, nəticədə adanın yunan bölümü müstəqil dövlət olaraq bütün beynəlxalq qurumlar tərəfindən qəbul olunduğu halda, Kıbrıs Türkləri ədalətsiz təcridə məruz qalıb və bu vəziyyət böyük ölçüdə indi də davam etməkdədir. Nəticə Quzey Kıbrıs Türk Cümhuriyyəti dünyanın bütün dövlətləri (Türkiyə istisna) tərəfindən siyasi, iqtisadi, mədəni və s. embarqolara (qadağalara, təhrimlərə) məruz qalmışdır. Buna baxmayaraq, Kıbrıs Türkləri üzləşdiyi çətinliklərə rəğmən özgürlüyündən, eləcə də vahid Kıbrıs dövlətinin bərabərhüquqlu qurucusu olmaq kimi tarixi haqqından vaz keçmək niyyətində deyil.
Buna görə də biz – Azərbaycandan mən, Türkiyədən Mehmet Akçay, Kıbrısdan isə Cəfər Mənsimi olmaqla bu təşkilatı yaratdıq. Yaratdıq ki, Kıbrısla Azərbaycan arasında əlaqələrin inkişafına və Kıbrısın tanıdılmasına töhfə vermiş olaq. Buna görə də 20 iyul tarixində - Kıbrıs Barış Hərəkatının 38-ci ildönümündə cəmiyyətimizin təqdimatını keçirdik. Tədbirə müxtəlif qurumlardan və şəxslərdən olan diqqət nə qədər önəmli addım atdığımızın göstəricisi idi.
- Tədbirdə kimlər iştirak edirdi?
- Tədbirdə ümumilikdə 170-dən yuxarı şəxs qatılmışdı. Hələ on gün öncədən demək olar ki, əksər partiyalar, təşkilatlar, media qurumları və müstəqil ziyalılarla iş apardıq. Ümumlikdə cəmiyyətimizin yaranmasını Azərbaycandan 50-yə, Türkiyədən 60-a, Kıbrısdan isə 20-yə yaxın media qurumu işıqlandırdı. Təqdimat planlaşdırdığımızdan da möhtəşəm səviyyədə baş tutdu. Qeyd etdiyim kimi, 100 nəfər nəzərdə tutsaq da, 170-dən yuxarı qonaq gəlmişdi. Hələ kifayət qədər dostlarımız müxtəlif səbəblərdən iştirak edə bilmədi. Quzey Kıbrıs Türk Cümhuriyyəti səfirinin, Türkiyə səfirinin müşavirinin, bir çox partiya və təşkilat sədrlərinin, diaspor təşkilatlarının, incəsənət xadimlərinin, media qurumlarının iştirakı tədbirimizə və ümumilikdə başlatdığımız işə verilən dəstək idi.
- Azərbaycanın Quzey Kıbrısla olan əlaqələrini necə dəyərləndirirsiniz? Rəsmi Bakının Kıbrısa yönəlik siyasətini Sizi qane edirmi?
- Bəzi ictimaiyyət nümayəndələri var ki, rəsmi şəxslər kimi çıxış edirlər. Rəsmi münasibət başqa, ictimai münasibət tamam başqa. Bir neçə ay öncə Azərbaycan prezidenti Türkiyədə olarkən “Kanal 24”-ün müxbirinə Quzey Kıbrısla bağlı rəsmi münasibəti açıqlamışdı: "Bu məsələ ilə bağlı dəfələrlə fikirlərimiz səsləndi. Bu məsələ o qədər da asan deyil. Və Dağlıq Qarabağ məsələsi əlbəttə ki, gözümüzün qabağındadır. Vaxt gələndə bu məsələ də yəqin ki, öz həllini tapa bilər". Məncə bu fikir Azərbaycanın Kıbrısı niyə tanıya bilməməyinin əsl səbəbidir. Azərbaycan Quzey Kıbrısı tanıyacağı təqdirdə ermənipərəst yunanlar da Qarabağı dövlət kimi tanıyacaq və dünyada üçüncü ən güclü diasporu olan yunan diasporu bu istiqamətdə erməni diasporu ilə birləşəcək və açıq formada iş aparacaq. Bu gün Türkiyədən sonra Azərbaycan ən çox tələbəni Quzey Kıbrısa göndərir. Qeyri-rəsmi şəxslər səfərlər edir və qarşılıqlı münasibətlər ən yüksək səviyyədə qurulub. Kıbrısla bağlı məsələdə ən böyük yük ictimaiyyətin üzərinə düşür ki, biz də cəmiyyətimizi yaratmaqla həmin yükə şərik olduq.
- Sizcə, bu gün Quzey Kıbrıs qarşı tətbiq olunan embaroqlarla onu çökdürmək mümkün olacaqmı?
- Neçə illərdir ki, Quzey Kıbrısa tətbiq olunan embarqolar davam edir. Bu günə kimi onu çökdürmək mümkün olmayıbsa, bundan sonra heç olmayacaq. Çünki Türk Birliyinə doğru müxtəlif səviyyələrdə addımlar atılır. Bütün Türk Dünyası Kıbrısın arxasındadır. Kıbrıs türkləri açıq şəkildə istəklərini ortaya qoyub. 2004-cü il aprel ayında keçirilən ümumxalq səsverməsi buna bariz nümunədir. Ümumxalqsəsverməsi Kıbrısın birləşməsini nəzərdə tutan "Annan planı" Türk icması tərəfindən dəstəkləndiyi halda, yunanlar tərəfindən rədd olunmuşdu. Amma bu rədd cavabından sonra adanın cənubundakı yunan dövləti nəinki heç bir beynəlxalq təzyiqə məruz qalmadı, əksinə, Kıbrıs (yunan) Respublikası (Cümhuriyyəıti) daha da təşviq edilərək Avropa Birliyinə (AB) üzv qəbul olundu. Quzey Kıbrısa isə təzyiqlər daha da artırıldı. Buna baxmayaraq, Quzey Kıbrıs ayaqdadır və haqlı davasından geri dönən deyil. Biz də bu haqlı davanın Azərbaycanda, Türkiyədə və mümkün olduğu qədər digər türk dövlətlərində əsgəri olmağından şərəf duyuruq.
Söhbətləşdi: Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |