21.11.2018 [12:02] - Gündəm, DAVAMın yazıları
Bənövşə gülü haqqında Dirili Qurbanidən bəri Ağ Aşıq Allahverdi və s. şairlər şeirlər yazmışlar. Bu şeirlərdə bənövşə gülününün obrazını şairlər məcazlarla qəm-kədər sivolu kimi səciyyələndirmişlər. Tofiq Hüseyinzadə də şeirin əvvəlində bənövşə obrazına qəm-kədər anlamı ilə yanaşır. Lakin, şeirin sonunu təzadlı deyimlə tamamlayır və nikbin düşüncəyə yönəldir. Şeirin başlanğıcında 4 misrada metaforalar və sonuncu misralarda: “Güllərin tacı” –metonimiya,“baş əyir”-metafora məcazları işlədilir... Beləliklə, “Bənövşə” mövzusuna yeni baxışla orijinal bədii lövhə yaranır və dediyimizə əsasən maraqlı, nəzəri cəlb edən poeziya nümünəsi görürünür.
BƏNÖVŞƏ
Nədən yazıq bənövşə,
Üz çevirib Günəşə.
Torpaq yarır, qar yarır,
Çox təpədə tar yarır,
Salam deyir Bahara.
Çiçək hara, qəm hara!?
Onu nə dərd alıbdır-
Boynu bükük qalıbdır?..
Bəlkə, onun başını
Gözündəki yaş əyir?..
Yox, yox! Güllərin tacı
Dünyamıza baş əyir.
--
Niftali Goyceli
BƏNÖVŞƏ
Nədən yazıq bənövşə,
Üz çevirib Günəşə.
Torpaq yarır, qar yarır,
Çox təpədə tar yarır,
Salam deyir Bahara.
Çiçək hara, qəm hara!?
Onu nə dərd alıbdır-
Boynu bükük qalıbdır?..
Bəlkə, onun başını
Gözündəki yaş əyir?..
Yox, yox! Güllərin tacı
Dünyamıza baş əyir.
--
Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 1718 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |