Şrift:
Hollandiyada Güney Azərbaycan və Dağlıq Qarabağla bağlı aksiya keçirilib
23.07.2012 [13:28] - Diaspor
Bu günlərdə Hollandiyanın (Niderland) paytaxtı Amsterdam şəhərində Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) fəalları Güney Azərbaycanda Azərbaycan türklərinin hüquqlarının tapdanmasına, fars şovinizminə, İranın antiazərbaycan siyasətinə qarşı etiraz aksiyası keçiriblər.

Bu barədə GAİP Hollandiya təmsilçisi, ekspert Ataxan Araz bildirib.

“Tədbirdə çıxış edənlər dünya ictimaiyyətini Güney Azərbaycan türklərinin öz milli hüquqları uğrunda mübarizəsinə dəstək verməyə səslədilər. Xüsuslə, İran rejiminin son günlər yürütdüyü antiazərbaycan siyasəti və Dağlıq Qarabağ məsələsində tutduğu birtərəfli mövqeyi pislənildi.
Əsasən də özünü müsəlman bir dövlət kimi təqdim edən bir rejimin Ermənistana dəstək verməyin müsəlmançılıq və islam dini ilə heç bir məntiqə sıxmadığı bəyan edildi.
Tədbirə həmçinin Avropada fəaliyyət göstərən Əhvaz ərəblərinin müdafiə komitəsinin də üzvləri qatılıblar və öz dəstəklərini veriblər”,-deyə Araz Ataxan qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed