Şrift:
Dünya Bankı Efiopiyaya 1,2 milyard birbaşa maliyyə yardımı göstərəcək
23.11.2018 [10:15] - Gündəm, Bildiriş
Dünya Bankının (DB) İdarə Heyəti hazırda baş nazir Abiy Əhməd başda olmaqla Efiopiyanın hökumətinə etibar edir və bu ölkədə islahatların aparılması sahəsində bankdan yardımın ayrılması üçün dialoqun bərpa edilməsinə imkan yaradır.

Yerli mətbuat xəbər verir ki, bu sözləri Dünya Bankının Efiopiyadakı nümayəndəsi Kerolin Türk söyləyib. O bildirib ki, artıq DB-nın baş nazir Əhməd Abiy hökumətinin Efiopiyanı necə inkişaf etdirəcəyi barədə rəyi formalaşıb. K.Türk bu yaxınlarda DB-nın İdarə Heyətinin Efiopiyaya 1,2 milyard dollar birbaşa maliyyə yardımı göstərilməsi barədə verdiyi qərarın hökumət tərəfindən struktur dəyişikliklərinin aparılması üçün real yardım göstərilməsi barədə siqnal olduğunu xüsusi vurğulayıb.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed