Şrift:
Bakı Mühəndislik Universitetinin tələbələri fövqəladə hallara hazırlıqla bağlı məlumatlandırılıblar
23.11.2018 [10:16] - Gündəm, Bildiriş
Bakı Mühəndislik Universitetində (BMU) “Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzindədir” adlı maarifləndirmə tədbiri keçirilib.

Universitetin prorektoru Yavər Məmmədov mövzunun aktuallığından və Fövqəladə Hallar Nazirliyinin (FHN) bu sahədəki rolundan danışıb. Bildirilib ki, BMU-da bu sahəyə xüsusi diqqət yetirilir, bütün binalar lazımi avadanlıqlarla təmin edilib.

FHN-nin Sumqayıt Regional Mərkəzinin nümayəndəsi Emin Ramazanov və Mərkəzin əməkdaşları tədbir iştirakçılarına fövqəladə halların növləri, təbii fəlakətlər və fövqəladə hallara necə hazır olmalı kimi mövzularda məlumat veriblər.

Tədbirdə mövzu barədə videoçarxlar izlənilib, tələbələrin sualları cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed