Şrift:
Yaponiyanın şimal-şərqində 5 bal gücündə zəlzələ olub
24.11.2018 [09:50] - Gündəm, Hadisə
Yaponiyanın şimal-şərqində, Fukuşima prefekturasının Sakit okean sahillərində 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 12 prefekturada, o cümlədən paytaxt Tokioda da hiss olunan yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed