Şrift:
Keçən ilin bugünkü günü... Şamaxıda qış lövhələri...
27.11.2018 [09:24] - Gündəm, DAVAMın yazıları
Bu qış qışdır payızdan,
Bu qış düşdü payızdan...
Burda çox quş olardı,
Onlar uçdu payızdan.
***
Hava qarlı,boranlı,
Hava yaman sopsoyuq.
Nə telefon səslənir,
Nə kimsədən xəbər yox...
***
Torpağın qazı çıxır,
Külək adamı yıxır.
Malalanıb qar ilə
Dərə,təpə,çöl,çuxur..
***
Odun peçi,şor- çörək...
Əriştə də qazanda.
İştah artır, güc artır,
Bu nəsnəni yazanda.
***
Gizlətməyin qax-qozu,
Gətirin alma,əzgil.
Mürəbbələr yan-yana...
Bu qış ,yox, ondan deyil.
***
Xizəklər əmrə hazır,
Xizək burda dəb düşüb.
Məstan pişik otaqda,
Mumu çöldə büzüşüb.
***
Çaqqallar da ulamır,
Ulamağa yoxdur hey...
Canavarlar çoxdandır
Soyuqlardan olub key...
***
Kim yayda işləyibsə,
Dünya vecinə deyil.
Bugünün mənzərəsi
Tənbələ "ayıl "deyir.
***
Nazim Nəsrəddinov.

26.11.2017
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed