21.10.2011 [14:07] - Gündəm
Bakı və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-19 dərəcə isti olacaq.
Oktyabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Oktyabrın 23-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Lakin 23-də axşam, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |