Şrift:
Qurultay günündə yada düşən pedaqoji xatirələr
28.11.2018 [09:35] - Gündəm, DAVAMın yazıları
Bu gün Bakıda Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı öz işinə başlayıır.
Qurultay müəllimlərin ölkə qarşısında hesabatıdır.Bu hesabat günündə mən ilk növbədə ilk məllimimi xatırlayıram.Mən təhsildə qazandığım bütün az-çox uğurlarıma görə orta və ali məktəbdə, Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutununaspiranturasında mənə dərs demiş müəllimlərimin hamısına minnətdaram.

İlk müəllimim indiki Qəbələnin Vəndam kənd məktəbində mənə birinci sinifdə dərs demişiş Zərxanım müəllimə idi. Onda 1953-cü il idi.Biz Vəndamda yaşayırdıq.


Bİz kənd uşaqları o vaxt müəllimlərin ancaq adını bilirdik.Evdə də sözümüz -səhbətimiz ən çox məktələ bağlı olurdu.Mən Zərxanım müəllimədən cəmi bir il dərs almışam.
İkinci sinfi babamgildə oxumuşam.Amma heç vaxt Zərxanım müəllimənin əxlaq dərslərini unutmamışam.
Zərxanım müəllimənin tərcümeyi halını sonralar öyrənmişəm.
QƏRİBOVA ZƏRXANIM-1925-ci ildə Vəndamda dünyaya göz açmışdır.Orta məktəbi bitirdikdən sonra Göyçay Pedaqoji Texnikumuna daxil olmuşdur.
1945-ci ildə bu texnikum Bakı şəhərinə köçürüldüyü üçün təhsilini orada davam etdirmişdir.
1948-ci ildə Texnikumu bitirmiş, pedaqoji fəaliyyətə indiki Qəbələnin Seyidqışlaq kənd məktəbində başlamışdır.Bir ildən sonra isə pedaqoji fəaliyyətini Vəndamorta məktəbində davam etdirmişdir.
Zərxanım müəllimə1997-ci ilə qədər, Qarabağ müharibəsində Vəndamın şəhidlərindən biri olmuş Mehdiyev Eldənizin adını daşıyan Vəndamın 1 nömrəli məktəbində işləmişdir.O,altı övlad böyüdərək ali təhsil vermişdir.

Zərxanım müəllimə 2006-cı ildə dünyasını dəyişmişdir.Allah rəhmət eləsin qəbri nurla dolsun.

...Bugünkü qurultay günündə Vəndam məktəbi haqqında bir çox xatirələr yada düşür.
Bu məktəb XIX əsrin 80-ci illərində yaradılmıdır.Məktəbin maraqlı pedaqoji ənənələri var.İndi bu məktəbin
məzunlarının sorağı dünyanın bir neçə ölkəsindən də gəlir.

Bir neçə ay bundan qabaq Vəndam kənd məktbi haqqında maraqlı bir televiziya verilişinə baxmışam.Verilişdən məlum oldu ki,Vəndam məktəbinin onlarla məzunu Azərbaycanda və onun sərhədlərindən uzaqlarda alim kimi fəaliyyət göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli bir material üzərində işləyəndə arxivdən maraqlı bir fakt tapmışdım;Zaqafqaziya Müəllimlər Seminariyasının 1899-cu il məzunlarından biri olan Mustafa Hacı Musa oğlu Mahmudovun təyinatını Vəndam kənd məktəbinə veriblərmiş.
Əlbətə bu,Vəndam məktəbi kimi öz dövrünün məşhur məktəblərindən birində işləmək ilk təhsilini 1881-ci lin fevralında Kürdəmirdə dövlət tərəfindən açılmış kənd məktəbində alan seminariya məzunu üçün böyük şərəf və etimad idi.
Təəssüf ki,vəndamlılar Mustafa Mahmudovdan dərs ala bilmirlər.Belə ki, o,Bakıda işləməyi,daha böyük dairələrdə çalışmağı üstün tutur.
Bəlkə də o,təhsilimiz üçün Vəndmda daha böyük işlər görə bilərdi.M.Mahmudov Bakıda H.Zərdabinin,Ə.Topçubaşovun hüzurunda imtahan verdkdən sonra münsiflər onun Bakıdakı 1 nömrəli rus-tatar məktəbində işləməsi barədə qərar çıxarırlar.Vəndama işləmək üçün başqa müəllim gəndərilir.
Mən bu faktı bir neçə il bundan qabaq "Azərbaycan məktəbi" jurnalında məsul katib işləyəndə Vəndam kənd orta məktəbinin o vaxtkı direktoru hörmətli dostumuz Teymur Qarayevə demişdim.Amma biz söhbəti axıra
çatdırılmamışdıq.
Mənə elə gəlir ki cümhuriyyət ilində bu fakt Vəndam məktəblilərinə və müəllimlərinə çatdırılmalıdır.
Sonralar M.Mahmudov II Dövlət Dumasının üzvü seçilir, Zaqafqaziya Seyminin və AXC-nin deputatı kimi geniş ictimai-siyas və pedaqoji fəaliyyət göstərir.O,1937-ci ildə repressiya qurbanı kimi dünyasını dəyişir.
Mən Teymur müəllimlə söhbət zamanı Azərbaycanın qocaman müəllimlərindən biri olan Ənvər müəllimi tanıdım.Onu maraqlı müsahivb kimi yadımda saxladım.
Ənvər müəllim bir neşə kitabın müəllifidir.
Bu kitablarda Vəndam və məşhur Vəndamlılar haqqında maraqlı materiallar var.Bu materiallar ölkəşünaslıq mövzularını öyrənmək işində müəllimlərə və dərslik yazan qələm əhlinə yardımçı ola bilər.
Xeyli vaxtdır ki,Ənvər müəllimdən xəbərim yoxdur.Onunla ünsiyyət vaxtı hiss etdim ki,qocaman təqaüdçü müəllim pedaqoji fəaliyyətinə özünün istədiyi qayğını umur.
Təhsil rəhbərləri yerlərdə,məncə,bu qayğılarla ciddi maraqlanmalıdırlar.

***
Bu gün qurultay günüdür.Təəssüf ki,Azərbaycan təhsilinin inkişafında əzəmətli işlər görmüş Respublika Təhsil Şurasının təsisçisi və fəxri sədri professor Əjdər Ağayev bu günü gözləyə bilmədi.O,noyabrın 27-də-dünən
haqq dünyasına qovuşdu.

Allah rəhmət eləsin.
Əjdər Ağayelə mən eyni gündə -2000-ci li martın 18-də Respublika Prezidentinin FƏRMANI iləfəxri ada-Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşəm.
Sonralar məlum oldu ki,Vəndam kənd məktəbinin kimya müəllimi Əhməd Mirzaliyev də bizim cərgəmizdə imiş.
Mən Əhməd müəllimi qiyabi tanıyıram.Lakin onun səmərəli pedaqoji fəaliyyətindən xəbərdaram və bu fikirdəyəm ki, hər ikimiz aldığımız təhsilə görə ilk növbədə Vəndam kənd məktəbininin bizə dərs deyən müəllimləriniə həmişə minnətdar olmalıyıq.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq

28.11.2018.
Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed