29.11.2018 [10:06] - Gündəm, Müsahibə
Noyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna iki oyunla start verilib.
Rusiyanın “Lokomotiv” klubu Moskvada Türkiyə təmsilçisi “Qalatasaray”ı qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Donk (öz qapısına) və İqnatyev fərqləniblər.
Bununla da İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. Hesabında 4 xal olan “Qalatasaray” ikinci pillədə qərarlaşan “Şalke”dən 4 xal geri qalır.
Günün digər matçda isə Madridin “Atletiko” klubu doğma azarkeşləri önündə Tyeri Anrinin çalışdırdığı “Monako”nu qəbul edib. Oyun 2:0 hesabı ilə madridlilərin qələbəsi ilə başa çatıb. “Atletiko”nun qollarına Qrizman və Badyaşil (öz qapısına) imza atıblar.
Bununla da “Atletiko” xallarının sayını 12-yə çatdırıb.

Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |