Şrift:
Azərbaycanın hakim partiyası 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədini bəyan edib
24.07.2012 [13:08] - Gündəm, Bildiriş
Hakim Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədinin partiyanın sədri, hazırkı Prezident İlham Əliyev olacağını bəyan edib.
"Mən belə hesab edirəm ki, bir sıra mətbuat orqanları YAP-ın namizədi məsələsi ilə bağlı təxribatla məşğuldur. YAP-ın namizədi Azərbaycan xalqının ürəyincə olan bir namizəddir. Dəfələrlə bəyan etmişik ki, YAP-ın sədri, Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda xalqın əksəriyyəti tərəfindən dəstəklənir", - Bunu çərşənbə axşamı jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Bunun da ciddi əsaslarının olduğunu deyən Əhmədov qeyd edib ki, bu əsasların kökündə o dayanır ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsini yaşamaqdadır, uğurlu xarici siyasət yürüdülür.
YAP-ın qurultayının nə zaman olacağı ilə bağlı suala cavabında isə Əhmədov deyib ki, 2013-cu ilin payızında prezident seçkisi keçiriləcək və buna uyğun olaraq YAP özünün qurultayını keçirməyi planlaşdırır ki, seçki ərəfəsində müəyyənləşdirdiyi namizədi rəsmi şəkildə irəli sürsün.
Bu xəbər oxucular tərəfindən 1474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed