Şrift:
Serj Sarkisyanın rəhbərlik etdiyi cinayətkar rejim sonunun yaxınlaşdığını görərək gəncləri həbs etmiş və ömrünü uzatmağa çalışmışdır.
24.07.2012 [13:21] - Siyasət
Ermənistan hakimiyyətinin məqsədi xalqı talayıb var-dövlət yığmaqdan ibarətdir
Gənc erməni fəallarının kütləvi çıxışlar zamanı həbs edilərək 6 və 8 il müddətinə azadlıqdan məhrum edilmələri Ermənistanda böyük narahatçılıq yaratmışdır.
Ermənistan KİV-lərinin verdiyi məlumata görə, “Sardarapat” siyasi hərəkatı məsələ ilə əlaqədar bəyanat yaymışdır. Bəyanatda deyilir ki, Serj Sarkisyanın rəhbərlik etdiyi cinayətkar rejim sonunun yaxınlaşdığını görərək gəncləri həbs etmiş və ömrünü uzatmağa çalışmışdır. Hakimiyyət öz cinayətkar hərəkətlərinə qarşı çıxanları həbs etməklə ictimaiyyəti susdurmağa çalışır. Lakin əks proses baş verir. İctimaiyyət getdikcə hakimiyyətin əsl simasını daha aydın görür və ondan üz döndərir.
Ermənistanda mövcud olan ədalətsiz məhkəmə sistemi və rüşvətxor hakimlər hakimiyyətə tabe olaraq qanunları deyil, oliqarxları müdafiə edirlər.
Gənclərin həbsi bir daha təsdiq edir ki, hakimiyyət xalqın və dövlətin maraqlarını deyil, yalnız öz maraqlarını qorumaqla məşğuldur. Bu maraqlar isə xalqı talayıb var-dövlət yığmaqdan ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed