Şrift:
Güneydə minlərlə bildiri yayılıb
24.07.2012 [13:35] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda milli və demokratik mübarizə milli-mədəni fəallar tərəfindən durmadan davam etdirilir.

Davam.az-ın “Susuz Göl”ə istinadən yaydığı məlumata görə, Tehran və Təbriz kimi böyük şəhərlərdə çoxsaylı bildirilər yayılıb.

Bildirilərdə Urmu Gölü böhranı və İranın gözlənilən faciəyə laqeyd yanaşması, ağır iqtisadi vəziyyət və rejimin zindanlarında qeyri-müəyyən vəziyyətdə saxlanılan Güney azərbaycanlı milli-mədəni fəallara işarə olunub.

Bildirilərdə vurğulanıb ki, “bu dözülməz vəziyyət gözlənilən kütləvi etirazları daha da yaxınlaşdırır”.
Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed