Şrift:
Xankəndiyə uçan təyyarələr Azərbaycanın hava məkanının pozucuları hesab ediləcəklər
24.07.2012 [13:38] - Gündəm, Hadisə
DAİM Trend-ə istinadən məlumat verir ki, Azərbaycan tərəfinin icazəsi olmadan heç bir xarici təyyarə Azərbaycan ərazisindən uça bilməz. Bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasından erməni tərəfinin separatçı Dağlıq Qarabağın inzibati mərkəzi Xankəndidəki aeroportun istismarına başlanması ilə bağlı niyyətini şərh edərkən bildiriblər.

"Bu məsələdə bizim mövqeyimiz birmənalıdır: biz beynəlxalq hüquq normalarına əsaslanırıq, bizim icazəmiz olmadan heç bir xarici təyyarə bizim ərazimizdən uça bilməz", - administrasiyadan deyiblər.

Administrasiyadan bu məsələdə tərəflərin güc tətbiq etməkdən çəkinməsinə və beynəlxalq hüquq normalarına riayət etməsinə dair ATƏT-in Minsk qrupunun son bəyanatını göstəriblər.

"Bu, bizim marağımızdadır. Biz bu bəyanatı dəstəkləyirik", - administrasiyadan deyiblər.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ICAC) da bu məsələdə Azərbaycan tərəfinin mövqeyini dəstəkləyir.

Administrasiyadan bildirilib ki, Azərbaycan tərəfinin razılığı olmadan Xankəndidən aviasiya uçuşlarının həyata keçiriləcəyi təqbirdə bu, Azərbaycanın hava məkanının pozulması hesab olunacaq və bu məsələ barəsində hökumət tərəfindən qərar qəbul ediləcək.

Erməni tərəfi Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində yerləşən Xankəndi şəhərində aeroport açmağı planlaşdırır. Prezident Serj Sarkisyan Xankəndidən uçan təyyarənin ilk sərnişini olacağını vəd edib.

Bir müddət əvvəl "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirmişdi ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed