04.12.2018 [10:50] - Hadisə
Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi Ermənistanın Gümrü şəhərində 1961-ci il təvəllüdlü süpürgəçi Cületta Qazaryanı döyərək öldürüb.
Məlumatı ölkə İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, qadın çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə xəstəxanaya aparılıb. Ancaq həkimlər 57 yaşlı qadının həyatını xilas edə bilməyib. C.Qazaryan xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Şirak bölgəsinin prokuroru Karen Qabrielyan hadisəni nə təsdiq, nə də inkar edib. O bildirib ki, faktla bağlı müxtəlif versiyalar araşdırılır və istintaq maraqlarını nəzərə alaraq onlar açıqlanmır.
Qeyd edək ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrüdə yerləşir.

Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |