Şrift:
Nazim Nəsrəddinov: Bir məqalənin təəssüratı və yaxud Şeyx Kərim Molla Tağı oğlu Axundzadə (Qazıyev)-150
05.12.2018 [09:42] - Gündəm, DAVAMın yazıları
Bu yazıdakı fikirlərin çoxu maraqlı bir məqalənin materiallarına əsaslanır.Həmin yazının ünvanını sizlərə də tanıdıram.


"Müəllif-Musa QULİYEV.

AMEA -nın Naxçıvan bölməsi,

Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun eimi işçisi

“Şərq qapısı” qəzeti,18.07.2009-cu il,sayı 132; “Səs” qəzeti.8 avqust 2009-cu il"

***

Musa müəllimlə əlaqə saxlaya bilməsəm də,yazıdakı bir sıra məsələlərəaydınlıq gətirmək üçün oxucu səlahiyyətlərimdən istifadə etmişəm.Mən bu yazımın ərsəyə gəlməsində dəyərli fikirlərinə görə Musa müəllimə təşəkkür edirəm.

Musa müəllimin yazısı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti tərəfindən
14 May 2016-cı ildən yenilənib.Çox güman ki,bu yenilənmədə mənim fikirlərim də müəyyən qədər öz əksini tapıb.
***
«O, dini elmlərin, hətta tarix, təbabət və Sərq ədəbiyyatının yaxşı bilicisi idi»
XIX yüzilliyin sonlarından XX yüzilliyin 37-ci illərinədək Naxçıvanın çox hörmətli və bilikli şəxsiyyətlərindən biri Şeyx Kərim Molla Tağı oğlu Axundzadə 1868-ci ildə Naxçıvan şəhərinin qədim Zaviyyə məhəlləsində anadan olmuşdur.Atası Naxçıvanda yüksək nüfuza malik idi.Onun ilahi elmlərlə yanaşı, dünyəvi elmlərdən də dərin biliyi var idi.d.Öz övladları Əlini və Kərimi də dünyanın böyük elm ocaqlarında oxutmuşdu.Hər iki oğlu İranda və İraqda ali ruhani təhsili almış və Naxçıvana qayıtmışdı.

Şeyx Kərimin qardaşı Molla Əli dövrünün maarifpərvər və ziyalı insanlarından olmuşdur. Naxçıvanın maarifpərvər ziyalılarından olan Əsəd ağa Kəngərli 13 iyun 1904-cü ildə "Şərqi- rus" qəzetində dostu, görkəmli pedaqoq M.T.Sidqinin vəfatı münasibətilə yazdığı məktubunda Molla Əlinin də adını hörmətlə çəkmişdir. Əsəd ağa -Sidqinin dəfn mərasimini dərin kədərlə təsvir edir və bu mərasimdə vilayət qazısı axund Molla Əlinin də yaxından iştirak etdiyini xəbər verirdi.

Sonralar Şeyx Kərim vilayət qazısı təsdiq edildi.

Yeri gəlmişkən qeyd edək ki,o vaxtlar yüksək rütbəli din nümayəndələri dini vəzifəyə quberniya və ya daha yüksək dövlət qurumu tərəfindən hərtərəfli yoxlamalardan sonra təsdiq edilirdilər.

Naxçıvnlı Kərim ağanın hərtərəfli dünya görüşü,eləcə də aldığı dini təhsil, ərəb, alman və fars dillərini mükəmməl bilməsi hökumət dairələrinin müvafiq qurumlarına bəlli idi.Odur ki,onun qazılik vəzifəsinə gətirilməsi hər kəsdə bu təyinatın eridə olduğunu aydın-açıq gğstərirdi. Kərim ağanın Naxçıvandakı qohumlarını 7 dildə sərbəst danışmağı və yazmağını söyləyirlər.Bu faktın doğruluğu ,yəqin ki,onların ailə arxivlərindəki faktlar əsaslanır. Dəqiq faktiki mənbəyin adını çəkmədən göstərmədən Kərim ağanın 1916-cı ildə Naxçıvan qəzasının qazısı olması barədə fikir söyləyənlər də vardır.Hər hada Azərbaycan Respblikası Milli Arxiv İdarəsində mühafizə lunan,məxfilik qadağasından azad edilən Zaqafqaziya şiələrinin həyat və fəalyyətləri üçün gırəkli mənbə olan 290 nömrəli fondun materialları diqqətlə araşdırılmalıdır.

Yeri gəlmişkən onu da deyim ki,290 nömrəli fondundakı bir sıra materiallar ictimai fikir tariximizin ən doğru istinad nöqtələrindən biri kimi qiymətləndirilə bilər.Bi materiallar uzun illər boyu qaranlıqda və alatoranlıqda qalan həqiqətlərin üzə çıxarılmasında çox əhəmiyyətlidir.

Şeyx Kərim Naxçıvanda ən bilikli, yüksək erudisiyalı şəxs sayılırdı. Ona görə də bir çox məsələlərin. həllində Şeyx Kərimdən məsləhət alanlar öz seçimləriin döru olduğuna inanırdılar.

Kərim ağa dini elmlərlə yanaşı,dünyəvi elmlərə də, təbabət və Şərq ədəbiyyatının yaxşı bilicisi idi. Keçən yüzilliyin 70-80-ci illərində Şeyx Kərimin evi Zaviyyə məhəlləsində dururdu. Yoldan keçən naxçıvanlı ağsaqqallar, ağbirçəklər onun evinin yanında dayanır, ona rəhmət oxuyardılar.

Aparılan axtarışlar göstərdi M, Şeyx Kərim 1918-ci ildə Naxçıvanın ermənilərdən müdafiə olunmasında düşündüyümüzdən də artıq dərəcədə fəallıq göstərib. Arxiv sənədlərində onun Araz-Türk cümhuriyyətində və sonralar yaradılan Milli Şurada Naxçıvanın ədliyyə məhkəməsinə rəhbərlik etməsi haqda məlumat var. Naxçıvanda yaşayan ruslar, malakanlar və digər xristian azlıqlar da Şeyx Kərimə çox ehtiram edirmişlər. Çünki Şeyxin özü Naxçıvanı ürəkdən sevən hər bir xalqın nümayəndəsinə qarşı olduqca səmimi idi. Onu da deyək ki, Şeyx Kərim 1918-1920-ci illərdən sonra Qazıyev soyadını daşımışdır. Bu Qazıyevlər İrəvan Qazıyevləri deyil.

1928-ci ilə aid bir sənəddə bildirilir ki, Şeyx Kərim və onun arvadı Dilbər xanım səsvermə hüququndan məhrum ediliblər. Burada maraqlı bir məsələyə toxunmaq istərdik. Çap edilən yazılarda, eləcə də qohumlar arasında onun həyat yoldaşının adını Səkinə xanım kimi yazırlar. Şeyx Kərimin qardaşı nəvəsi Bəhruz Axundovun dediyinə görə, bütün Axundovlar-Qazıyevlər Səkinə xanımın adını təsdiqləyirlər. Və ola bilər ki, sənədlərdə adı Dilbər yazılıb. Çünki enkavedinin sənədlərində adlar səhih (doğru-düzgün) yazılırdı. Şeyx Kərimin mütərəqqi, uzaq- görən şəxs olması haqqında alim-yazıçı Əziz Şərifin də xatirə kitablarında rast gəlmək mümkündür. Əziz Şərifın atası ilə Şeyx Kərim dost və qonşu idilər. Şeyx Kərim böyük şairimiz Hüseyn Cavidin çox hörmət etdiyi şəxs idi. Şeyx titulu dini tituldan çox onun hərtərəfli elm sahibi olduğunu bildirirdi. Azərbaycanda həmişə belə şəxslərə dərin sevgi və hörmətlə “Şeyx'' demişlər.

1899-cu ildə rus şairi A.S. Puşkinin anadan olmasının 100 illiyində biliyi ilə rus məmurlarını heyrətləndirənlərdən biri də Şeyx Kərim idi. Buradaca bir haşiyə çıxmaq yerinə düşər. Rus şairi A.S.Puşkinin Naxçıvan tarixinə aid kitablardan birinin işıq üzü görməsinə böyük köməkliyi olub, hətta müəllifi tənqidlərdən qoruyub. Bunu şairin Naxçıvana sevgisi hesab etmək olar. Yəqin ki, Naxçıvanın fəal, yaxşı mütaliəsi olan ziyalılarının bundan xəbərləri vardı. Bu baxımdan ulu babası müsəlman olan şairin 100 illiyi Qafqazda heç yerdə belə yüksək ruhla qeyd olunmayıb.

Naxçıvanda sovet hökuməti qurulandan sonra Şeyx Kərim heç yerə müraciət etmədi. İlk əvvəllər yüngülvari istintaqlara cəlb olunsa da, ona dəyib-dolaşmadılar. Amma 1937-ci il avqustun 8-də Qazıyevlərin də xoş günlərinə son qoyuldu.

Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının 44 nömrəli orderinə əsasən Şeyx Kərimi həbs etdilər. Şeyx Kərimin qızı, Sosialist Əməyi Qəhrəmanı, pediatr Zəhra xanım sağlığında tez-tez Naxçıvana gələrdi. 1983- cü ildə onunla Dilbər xanım Sultanovanın evində görüşdük. O, söhbət əsasında dedi ki, çekistlər evimizi yoxlayanda, yəni axtarış aparanda atam bir gün idi ki, həbsdəydi, Yəni, avqustun 9-da axtardılar, əksinqilabi heç nə tapmadılar. Tapılanlar bunlar idi: İranda çıxan 6 nüsxə qəzet və 1 nüsxə təqvim. Vəssalam. Amma atamı azad etmədilər. Şeyx Kərimin istintaq materiallarının protokolu çox maraqlıdır. Şeyxi müsavatçı, çar polisinin agenti, əksinqilabi təşkilatın üzvü kimi ittiham edirdilər. Onu günahlandırırdılar ki, sən milləti bolşeviklərin əleyhinə qaldırırsan və sair.

Şeyx Kərimə saxta ittihamnaməni 1937-ci il sentyabrın 2-də hazırladılar. Bəlkə də elə Naxçıvanda sovet hökuməti qurulanda hazırlamışdılar.

Enkavedinin 11 sentyabr 1937-ci ildə Şeyx Kərimin 2810 nömrəli istintaq işi üzrə keçirilən iclas əlüstü oldu. Həmin iclasın protokolunun sonuncu hissəsində onun guya casusluq etdiyi bildirilir. Hətta, onun silahlı üsyanı hazırlayanlardan biri oiduğunu da işinə əlavə etmişlər.

Buradakı izahatdan məlum oiur ki, Şeyx Kərim Naxçıvan həbs xanasında saxlanırmış. Və üçlüyün son qərarı qətidir: "Qazıyev Şeyx Kərim Molla Tağı oğlu, 67 yaş. Əmlakı müsadirə olunmaqla güllələmək”. Şeyx Kərimin faciəli ölümündən sonra onun ailəsini Qazaxıstanın Taldı-Kurqan vilayətinə sürgün edirlər. Şeyx Kərimin həyat yoldaşı Səkinə (Dilbər) xanım, oğulları Bağır və Tələt, qızları Bətulə, Zəhra, Rübabə susuz səhralara aparıldılar

Təkcə ailənin oğullarından Hacı adlısı İrana keçə bildi. Sonralar isə Türkiyədə yaşamışdı. Qohumlarının dediyinə görə, Akaı adlı qızı hazırda Almaniyanın Münhen şəhərində yaşayır. Şeyx Kərim Qazıyevə (Axundzadəyə) 30 iyul, 1956, 7-0/682 nömrəli arayışla bəraət verildi.

İstər sürgün illərində, istərsə də sonralar Şeyxin həyat yoldaşı Səkinə xanım övladlarını onun adına layiq böyütdü. Onlar ataları Şeyx Kərimin arzuladığı kimi xidmət göstərdilər və göstərməkdə davam edirlər.

Böyük alim Şeyx Kərim Axundzadənin (Qazıyevin) şəxsiyyətinə və fəaliyyətinə ən yüksək qiyməti ümummilli liderimiz Heydər Əliyev vermişdir: "Biz ona sonsuz dərəcədə minnətdarıq. Onun ailəmiz üçün etdiyi yaxşılıqları ömrümüz boyu unuda bilmərik. Bəlkə də, o zaman Şeyx Kərimə müraciətlə deyilən Şeyx kəlməsi xalqımız arasında ruhani titulundan daha çox alim sözünün sinonim kimi işlədilmişdir. Yada salaq ki tarixdə böyük şairlərimizə, alimlərimizə də Şeyx deyiblər. Məgər Şeyx Nizami, Şeyx Füzuli müraciətləri yaddaşlarda deyilmi?!".

Ümidimiz var ki, gələcəkdə böyük alim Şeyx Kərimin həyat və fəaliyyəti tədqiqatçılarımız tərəfindən dərindən tədqiq olunacaqdır. Çünki gəncliyimizə həmişə örnək ola biləcək belə nurlu insanlar böyük ehtirama layiqdirlər.

*****



“AqRa” EİDİB-nin (Emin İkişafına Dəstək İctimai Birliyi-N.N.) qeydi:

tariximizin çox ağır və qaranlıq məqamlarının bir qisminə aydınlıq gətirən bu materialları öyrənib aydınlaşdıran məqalə müəllifinə və Şeyx Kərim Axundzadənin qardaşı nəvəsi, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid ev-muzeyinin direktoru Bəhruz Axundova minnətdarlığımızı bildiririk.



***Musa Quliyen yazısını diqqətlə oxuyandan-18.05.2016-cı ildə sonra bir şərh yazdım.Bu gün həmin şərhə müəyyən əlfvələr etdim.

Yazıya bu gün ayrıca bir şərh də əlavə etmişəm.

P.S.1 ŞEYX KƏRİMİN QIZI 1942-Cİ İLDƏ AZƏRBAYCAN MEDİSİNA İNSTİTUTUNU BİTİRMİŞ,BƏRDƏ RAYONUNUN OTUZİKİLƏR KƏND HƏKİM MƏNTƏQƏSİNDƏ BAŞ HƏKİM İŞLƏMİŞDİR. ZƏHRA XANIM ATAMLA BİR FAKÜLTƏDƏ OXUMUŞDUR.
(Atam institutun müalicə fakültəsini qurtarıb. Bəlkə də onlar müəyyən dərsləri bir aidotoriyada dinləmilşlər).
Zəhra xanım ali məktəbdə 1938-1942-ci illərdə oxuyub. Bu fakta görə onun sürgün həyatının təqdimatında müəyyən uyğunsuzluqlar görünür.
Zəhra xanımın SÜRGÜN HƏYATI YAŞAMASI HƏQİQƏTƏ UYĞUN GƏLMİR.
FAKTI DƏQİQLƏŞDİRİN.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
Bakı,18.05.2016.

P.S. 2 Yazıda redaktə xarakterli müəyyən düzəlişlər edilmidir.
İl hələ qurtarmayıb.Mənə elə gəlir ki,nəsillərə nümunə olan

Şeyx `Kərim Molla Tağı oğlu Axundzadənin (Qazıyevin) 150 illik `` yubileyini`
təntnəli şəkildə keçirilməsinə ` qayğı göstərilməlidir.``````````````````````````````````````````

Bakı,04.12.2018.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed