24.07.2012 [22:58] - Gündəm, Hadisə
Quandun əyalətində (Çinin cənubu) Vinsent qasırğası nəticəsində yarım milyona yaxın insan xəsarət alıb. Qasırğa ölkənin cənub əraizisində çərşənbə axşamına keçən gecə baş verib. Bu barədə çərşənbə axşamı "Sinxua" agentliyi Mülki İşlər Nazirliyinə istinadən bildirir.
Agentliyin məlumatına görə, Tayşan şəhərində 3 nəfər ölüb, 6 nəfər isə itkin düşüb. Son məlumatlara görə, qasırğa nəticəsində Quandun əyalətinin 9 sahilyanı şəhərinin yarım milyona yaxın sakini xəsarət alıb, 95 min nəfər isə təxliyyə olunub.
Şiddətli külək 500 evi dağıdıb, 13,6 min hektarlıq dənli bitkilərin əkin sahəsi zərər görüb. İqtisadi zərər 180 milyon yuan (28 milyon dollardan çox) həcmində qiymətləndirilir. Qasırğa özü ilə leysan yağışları gətirib.
Vinsent qasırğasının saatda 15-20 kilometr sürətlə ölkənin şimal-qərbinə irəliləyəcəyi gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |