Şrift:
Fərəc Quliyev: Təmas xətti sərhəd deyil, düşmən vurulmalıdır! (audio)
07.12.2018 [14:49] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 07.12.2018 tarixində keçirilən plenar iclasında Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı aparılan danışıqlarda və atılan addımlarda hökumətin sərt davranmamasını kəskin şəkildə tənqid edib. Partiya sədri bildirib ki, həmsədr ölkələr zahirən ortaq mövqe sərgiləslər də, real atılan addımlar göstərir ki, bunlar Azərbaycana qarşı inistutlaşmış mövqelər sərgiləyirlər. Danışıqlara sadiqlik nümayiş etdirib status-kvonu saxlamağımızın bizim xeyrimizə işləməyəcəyini deyən millət vəkili təklif edib ki, torpaqların qaytarılması ilə bağlı reinteqrasiya haqqında qanunun qəbul olunmalı və atəşkəs haqqında fərqli mövqe ortaya qoyulmalıdır. F.Quliyev qeyd edib ki, biz hansı atəşkəsdən danışırıq, düşmən öz sərhədlərinə çəkiləndən sonra biz atəş açmamaq haqqında danışa bilərik. “Bu gün biz atəş açmalıyıq, atəş dayanmamılıdır” deyən deputat Müdafiə Nazirliyinin təmas xəttini keçən düşmən təyyarələrinin vurulacağı ilə bağlı bəyanatını da sərt tənqid edib. O bildirib ki, təmas xətti sərhədd deyil, bizim sərhəddi keçən bütün düşmən vasitələri vurulmalıdı, o cümlədən işğal altında təlim keçən erməni təyyarələri.

F.Quliyevin həmin çıxışının səs yazısını təqdim edirik:

TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed