10.12.2018 [10:26] - Gündəm, Hadisə
Fransada dekabrın 8-də keçirilmiş kütləvi etiraz aksiyaları zamanı 1723 nəfər polis bölmələrinə aparılıb.
Daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə, bir çox saxlananlardan beysbol dəyənəkləri, digər vasitələr və hətta silahlar götürülüb.
Ümumilikdə ölkə boyu keçirilən aksiyalarda 125 min adam iştirak edib.
Bu arada ən son məlumatlara görə, Fransa prezidenti Emmanuel Makron sabah aksiyaların təşkilatçısı olan “Sarı jiletli”lər hərəkatının nümayəndələri ilə görüşməyə razılıq verib.
Şənbə günü Parisdə keçirilən aksiya zamanı ictimai asaişi qorumaq üçün şəhərin küçələrinə 8 minədək polis çıxarılıb.
Ümumilikdə isə ölkə boyu asaişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.
Xatırladaq ki, “Sarı jiletli” aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirirlər.
Hökumət sonda bu addımdan çəkinsə də, ölkə boyu nümayişlər davam edir.
Onlar ümumilikdə prezident Emmanuel Makronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla indi yeni tələblər irəli sürürlər.

Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |