25.07.2012 [11:33] - Gündəm, Mədəniyyət
“Bir neçə gün öncə “Mahmud və Məryəm” filminin çəkiliş heyəti ilə bərabər Şəkiyə gəldim.
Bu məkan mənim üçün çox əzizdir, çünki burda Rasim Ocaqovu duya, onunla xəyalımda danışa bilirəm. Son zamanlar hər yeni işimdə Rasim Ocaqovdan xeyir-dua istəyirəm”. Bu sözləri APA-nın Şəkiyə ezam olunmuş müxbirinə açıqlamasında “Mahmud və Məryəm” filminin çəkilişlərində iştirak edən xalq artisti Fəxrəddin Manafov deyib.
“Filmin çəkilişləri Karvansaraydan başlayır. Bu məkanda təxminən bir il öncə bir tədbir keçirdik. Rasim Ocaqovun yaşadığı evin qarşısında onunla bağlı xatirə lövhəsi asdıq. Bu dəfə də Rasim müəllimlə eşidilməyən, görülməyən, amma duyulan bir söhbət elədik. Getdim, dayandım və çox uzun müddət lövhəni izlədim, xeyir-duasını istədim. Bu da böyük bir filmdir, özü də sırf azərbaycanlıların işi deyil. Bu layihə türklərindir. Son zamanlar hər yeni layihəmdə ondan xeyir-dua alıram. Onun mənə çəkiliş meydançasında, çəkiliş meydançasından öncə məşqlərdə dediklərini, başa saldığı məqamları, öyrətdiklərini xatırlayıram”.
Sevimli aktyor bu filmdə çəkildiyinə görə məmnun olduğunu vurğulayıb: “Bu filmdə çəkilmək xoşdur. İstənilən halda Azərbaycan yazıçısının əsərində rol alırıq. Sözsüz ki, oynadığım Ziyad xan obrazı ilə bir çox istədiyim məqamları tamaşaçıya çatdırıram. Çəkilişlər də maraqlı keçir”.

Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |