25.07.2012 [12:03] - Güney Azərbaycan xəbərləri
Ermənistanın baş naziri Tiqran Sərkisyan İranın bu ölkədəki yeni səfiri Məhəmməd Rəisi ilə görüşüb. Görüşdə İranla Ermənistan arasında elektrik enerjisinin mübadiləsi, neft və neft məhsullarının ötürülməsini təmin edəcək boru xəttinin inşası və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tiqran Sərkisyan bildirib ki, Ermənistan İranla əlaqələrə böyük əhəmiyyət verir və Tehranla hər sahədə münasibətləri inkişaf etdirmək istəyir. Ermənistanın baş naziri deyib ki, İranın Qarabağ münaqişəsilə bağlı mövqeyini təqdir edirlər: «Tehranın problemin həll olunması üçün səyləri bölgədə stabilliyin güclənməsinə vəsilə olacaq».
Məhəmməd Rəisi isə İranın Ermənistanla əlaqələri inkişaf etdirmək üçün heç bir şeydən çəkinmədiyini vurğulayıb. Səfir bildirib ki, iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişafı üçün İran hər cür əməkdaşlığa açıqdır.
İran-Ermənistan sərhədində azad ticarət zonası
İran-Ermənistan sərhədində, Nurduz bölgəsində, 30 hektarlık ərazidə azad ticarət zonası yaradılacaq. Bunu İranın Araz azad ticarət zonasının rəhbəri Sadiq Nəcəfi bildirib. Onun sözlərinə görə, İran-Ermənistan sərhədində yerləşən Nurduz bölgəsinin sahəsi 240 hektardır: «İlk mərhələdə bu bölgənin 30 hektarlık sahəsi istifadə ediləcək». Sadiq Nəcəfi deyib ki, iki ölkə arasındakı əlaqələr yaxşı səviyyədədir: «Bununla yanaşı, Nurduz bölgəsinin azad ticarət zonası elan edilməsilə iqtisadi fəaliyyətdə də bir canlanma yaranacaq». O vurğulayıb ki, Ermənistanla İran rəhbərliyi arasında birgə azad ticarət zonası yaradılmasıyla bağlı protokol imzalanıb və bölgəyə iki ölkənin investorları birgə sərmayə yatıracaqlar.

Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |