Şrift:
Amerika prezidenti Suriya rəsmisinin təhdidlərinə cavab verib.
25.07.2012 [12:19] - Gündəm, Siyasət
“Əgər Suriya prezidenti kimyəvi silahdan istifadə edərsə, buna görə o, məsuliyyət daşıyacaq”. Bu bəyanatı ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama verib.
Qeyd edək ki, Suriyanın xarici işlər naziri Cihad Makdisi bildirmişdi ki, ölkəsi kimyəvi silaha məxsusdur və xarici dövlətlərin ölkələrinə təcavüzü olarsa, bu imkandan istifadə ediləcək.
Nevada ştatında çıxış edən Obamanın sözlərinə görə, mövcud vəziyyət nəzərə alınaraq Əsəd və ətrafı anlamalıdır ki, dünya onlara baxır: “Əgər onlar faciəvi səhv edib kimyəvi silahdan istifadə edərlərlərsə, həmin adamlar beynəlxalq təşkilatlar, o cümlədən ABŞ qarşısında cavab verəcəklər”.
Bu xəbər oxucular tərəfindən 1317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed