Şrift:
Müalicəvi Diaqnostika Mərkəzində daha bir nadir əməliyyat uğurla nəticələnib
12.12.2018 [10:28] - Sağlıq
51 yaşlı kişi son 1-2 həftə ərzində meydana çıxan davranış pozuntuları və baş ağrıları şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib. Müayinələr zamanı xəstənin huşunun tədricən pozulması aşkar edilib. Çəkilmiş baş-beyin MRT-sində xəstənin beynində hər iki monro dəliyini tıxayan kista və hidrosefaliya aşkar edilib və o, huşun kəskin pozulması səbəbilə təcili əməliyyata alınıb.

RMDM-dən bildiriblər ki, mərkəzin neyrocərrahı Azər Əkbərov tərəfindən aparılan əməliyyat zamanı üçüncü mədəciyin kolloid kistası endoskopik üsulla xaric edilib. Cərrahi müdaxilədən dərhal sonra xəstənin huşu bərpa olub və o, 3 gün sonra nevrolojik defisit olmadan evə yazılıb.

Qeyd edək ki, beynin obstruktiv hidrosefaliyası həyat üçün çox təhlükəli problemdir. Xəstəliyin yaranma səbəbi beyin onurğa mayesinin dövr etdiyi yolların tutulmasıdır. Yetişkin insanın bədənində günlük 500-750 ml beyin onurğa mayesi əmələ gəlir. Tıxanma olduqda isə maye mədəciklərdə yığılır ki, bu da zamanında müdaxilə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilər.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed