13.12.2018 [10:39] - Hüquq
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |