18.12.2018 [10:08] - Gündəm, Hərb
Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 13-cü ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Əlamətdar gün münasibətilə təbriklərini çatdıran nazir müavini Yəhya Musayev bildirib ki, Prezident İlham Əliyevin bayram ərəfəsində qurumun bir qrup əməkdaşının yüksək fəxri adlar, orden və medallarla təltif etməsi kollektiv tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Y.Musayev qeyd edib ki, MSN fəaliyyətə başladığı gündən ilkin mərhələdə qarşıya qoyulmuş hədəflərə tam nail olub. Ötən dövrdə nazirliyin müəssisələrində ən müasir texnologiya və avadanlıqla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıq quraşdırılıb. Eləcə də 2200-dən çox müxtəlif təyinatlı dəzgah, on minlərlə cihaz, alət və tərtibatlar alınıb istismara verilib.
Cari ildə ümumi məhsul istehsalının həcmi 2007-ci illə müqayisədə 6,8 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 33 dəfə artıb. İstehsal olunan məhsulun 80 faizdən çoxu müdafiə, xüsusi təyinatlı məmulatlardır. Son illərdə bu nisbət 90 faizi keçib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1200-ü ötüb. Nazirlik fəaliyyətə başladığı gündən ümumilikdə 251 mövzu üzrə müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb. Onlardan Müdafiə Nazirliyinin və digər güc strukturlarının tələbatına uyğun 138 mövzu üzrə 370 adda müdafiə təyinatlı məmulatın yaradılma işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Məmulatların yaradılması zamanı 344 növ sınaq keçirilib. Hazırda müəssisələrdə 113 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir.
Bildirilib ki, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb. Bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınının və digər məmulatların ixracı həyata keçirilir. Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən il müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım qeydə alınıb.
Dövlətimizin başçısının tapşırığına əsasən, MSN 2009-cu ildən beynəlxalq müdafiə sərgilərinə qatılır. Qabaqcıl firma və şirkətlərin təmsil olunduqları beynəlxalq sərgilərdə MSN-in müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi adı altında nümayiş etdirilir. Bu günədək 35-dən çox beynəlxalq sərgidə təmsil olunan nazirliyin qatıldığı hər bir sərgidə nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb. 2005-ci ildə yaradılan və qısa zamanda fəaliyyətə başlayan MSN beynəlxalq müdafiə sərgilərinə qatılmaqla yanaşı, bu qəbildən olan sərgilərin təşkilatçısına da çevrilib. MSN-in təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ildə Azərbaycanda “ADEX” adı altında ilk dəfə beynəlxalq müdafiə sənayesi sərgisi keçirilib. “ADEX” sərgisi hər iki ildən bir keçirilir. Bu ilin sentyabrında keçirilən “ADEX-2018” sərgisində Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla 29 ölkədən 224 şirkət iştirak edib.
MSN bu sərgidə bir neçə adda yeni məmulatı ilk dəfə olaraq nümayiş etdirib. Bu məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, 81 millimetrlik minaatan (NATO standartlarına uyğun), müxtəlif snayper tüfəngləri, zirehli texnikaları, pilotsuz uçuş sistemləri, NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu böyük maraqla izlənilib. Sərgi çərçivəsində Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin nümayəndə heyətləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşlərdə mövcud əməkdaşlıqların davam etdirilməsi və yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb. “ADEX-2018” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında, eyni zamanda, MSN ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair anlaşma memorandumları imzalanıb.
Nazir müavini bildirib ki, “ADEX-2018” sərgisi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynayıb. Beynəlxalq istehsalçılar, alıcılar və sənaye sahəsi üzrə ekspertlərin iştirak etdiyi bu sərgi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş fürsətlər yaradıb. Yüzlərlə beynəlxalq müqavilələr, niyyət protokolları, anlaşmalar imzalanıb. Sərgi çərçivəsində əldə edilmiş razılığa əsasən bu il oktyabrın 23-də Moskvada MSN-in nümayəndə heyəti ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəsmiləri arasında görüş keçirilib. Dekabrın 6-da Bakıda hər iki ölkənin müdafiə sənayesi qurumlarının nümayəndələri arasında geniş tərkibli iclas keçirilib. Yaxın zamanlarda isə Ankarada Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin aidiyyəti qurumlarının rəhbərlərinin sahə üzrə əməkdaşlığa dair zirvə görüşünün keçirilməsi nəzərdə tutulur.
Y.Musayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili, ixrac potensialının artırılması, hazırda fəaliyyət göstərən istiqamətlərin təkmilləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. İstehsal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün özünütəminetmə səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu istiqamətdə görüləcək ən mühüm işlərdən biri müdafiə təyinatlı məmulatlarla yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məmulatların da istehsalını genişləndirməkdir. Müdafiə sənayesinin inkişafı bilavasitə yeni hərbi məhsulların yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasından asılıdır. Sahə üzrə davamlı inkişaf naminə bu istiqamətdə də müvafiq işlər görülür. Bütün bu uğurlar Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.
Digər çıxış edənlər də bildiriblər ki, nazirliyin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini bundan sonra da birləşdirərək Azərbaycan Ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edəcək.
Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan əməkdaşlara mükafatlar təqdim edilib. Həmçinin MSN-in xidmətdə fərqlənən əməkdaşları təltif ediliblər.
Sonda Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2019-2021-ci illər üçün sahə (tarif) kollektiv sazişi bağlanıb.

Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |