Şrift:
İranlı hakerlər 220 saytı dağıtdılar
26.07.2012 [10:24] - Güney Azərbaycan xəbərləri
İranlı hakerlər ölkənin nüvə alimi Daryuş Rezayinejada qarşı terror həyata keçirildiyi günün ildönümündə İsrail saytlarına hücum ediblər və 220 saytı dağıdıblar.
Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Məlumata əsasən, özlərini Ditakadrz qrupu adlandıran hakerlər iddia edirlər ki, dağıdılmış saytların içərisində İsrail təhlükəsizlik qüvvələrinin təlim mərkəzinin və İsraildə plastik kartlar xidməti göstərən bir maliyyə müəssisəsinin saytları da var.
Onlar, həmçinin iddia edirlər ki, 220 saytdan başqa İsraildə müxtəlif saytlara server xidməti göstərən saytı da dağıdıblar.
Məlumatda dağıdılmış saytların adları göstərilməyib.
Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed