Şrift:
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
19.12.2018 [10:04] - Gündəm, Hərb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplanışda nazir müavinləri, qoşun növləri və qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.

Əvvəlcə şəxsi heyətin sıra baxışı keçirilib.

Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərə qatılıb.

Şəxsi heyətin fiziki və sıra hazırlığı yoxlanılıb, iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ-hüquqi sənədlər üzrə məqbullar qəbul edilib.

Çöl-səhra şəraitində təşkil edilən təlim sahələrində atıcı silahlardan atışlar icra olunub.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed