Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev: -Biz düşüncəni lider götürürük.
26.07.2012 [12:13] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: «İdeologiyalar dəyişkən ola bilər, amma milli ideya dəyişə bilməz»

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev rəhbərlik etdiyi partiyanın fəaliyyətinin hiss olunmaması barədə iradlara münasibət bildirib. Deputat, iradları qəbul etməməklə yanaşı, partiyanın fəaliyyətinin geniş olduğunu da iddia edib: «Desək ki, başqa partiyalardan az fəaliyyət göstəririk və ya cəmiyyətə az töhfə veririk, bu, doğru olmaz. Və yaxud da, biz desək ki, imkanlarımızın hamısını reallaşdıra bilirik, bu da doğru olmaz. Məlum səbəblərdən, daha çox da maliyyə imkanlarının azlığından bütün imkanlarımızı, potensialımızı tam aça bilməmişik. Biz istəyirik ki, qütbləşmədən imtina olunan birləşmə sisteminə keçək, bütün resurslarımızı səfərbər edərək bir güc mərkəzində birləşək. Burada bəziləri liderini, bəziləri təşkilatı, biz isə düşüncəni lider götürürük və bu düşüncə sisteminin də Azərbaycana xidmət etməsini düşünürük». Deputatın fikrincə, burada strateji məqsəd ondan ibarətdir ki, hakimiyyətlər nə qədər dəyişirsə dəyişsin, hədəflər, ideya müəyyən olunsun və kim hakimiyyətə gəlirsə, yarımçıq qalan yerdən bu işi davam elətdirsin: «Məqsəd bu olmalıdır. Yəni, ideologiyalar dəyişkən ola bilər. İdeologiya bir mexanizmdir. Amma milli ideya dəyişə bilməz. Çünki bu bir hədəfdir. Bizim üçün milli ideya tarixi-coğrafi ərazisində bütöv Azərbaycan qurmaqdır. Biz bunu ədalətli status-kvo hesab edirik. Əlbəttə, bu, mərhələlərlə həyata keçiriləsi bir şeydir. Çalışırıq ki, Azərbaycanda hamı hansı məqsədə qulluq etməsindən asılı olmayaraq, son hədəf olaraq milli hədəfi əsas götürsün. Bizim partiya olaraq cəmiyyətə verdiyimiz töhfə bundan ibarətdir ki, daha çox düşüncənin hakim olmasına çalışırıq və müəyyən qədər də buna nail olmuşuq».
Çoxlarına qəribə gələcək yanaşma sisteminə üstündük verdiklərini deyən Fərəc Quliyevin sözlərinə görə, MDHP üçün fikrin kim tərəfindən deyilməsi əsas deyil: «Bizim üçün əsas hansı fikrin deyilməsidir. Hakimiyyətdə, müxalifətdə, bitərəf olmasından asılı olmayaraq, hətta xaricdə yaşayan bir azərbaycanlının fikri ölkəmizin milli maraqlarına xidmət edirsə, biz onunla əməkdaşlıqdayıq. Hətta əməkdaşlıq sazişi ortada olmasa belə, azərbaycançılıq ideyası ortada olduqda biz düşünmədən ona dəstək veririk. Bu mənada, bizim hansısa konkert təşkilatla əməkdaşlıq etmək, onun yaxşı və pis cəhətlərini özümüzə götürmək fikrimiz yoxdur.
Elməddin
Bu xəbər oxucular tərəfindən 1736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed