26.07.2012 [12:36] - Diaspor
İyulun 25-də Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, mərasimdə nazir Azad Rəhimov, Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan nümayəndə heyətinin üzvləri və idmançılar iştirak ediblər.
Olimpiya kəndinin rəhbəri Tessa Couell Azərbaycan nümayəndə heyətini salamlayaraq London Olimpiadasının bütün iştirakçılarına, o cümlədən Azərbaycan olimpiyaçılarına da parlaq qələbələr arzulayıb.
Ölkəmizin Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı qaldırılıb.
İlham Mədətov Couellə Azərbaycan suveniri bağışlayıb, o da öz növbəsində İ.Mədətova xatirə medalı təqdim edib.
Xatırladaq ki, 32 idmançının, rəsmi şəxslərin, məşqçi və həkimlərin daxil olduğu Azərbaycan olimpiya nümayəndə heyəti dünən Londona gəlib.
Azərbaycan idmançılarının ikinci qrupu Londona avqustun 4-də yola düşəcək.
XXX Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 27-də olacaq. Açılış mərasimində Azərbaycan nümayəndə heyəti sayca 14-cü keçəcək. Azərbaycan olimpiya yığmasının bayraqdarı 2008-ci il Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli olacaq.
İyulun 28-də Londonda Azərbaycan gecəsi keçiriləcək. Tədbirdə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək, caz, opera ifaçıları, habelə muğam ustaları çıxış edəcəklər.
Builki Olimpiya Oyunlarında Azərbaycan yığması ilk dəfə bu cür geniş heyətdə çıxış edəcək. İdmanın 16 növündə ölkəmizi 53 idmançı təmsil edəcək.

Bu xəbər oxucular tərəfindən 1551 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |