Şrift:
“Traxtur-Peykan” müsabiqəsində milli şüarlar səsləndirildi
26.07.2012 [14:15] - Güney Azərbaycan xəbərləri
Dünən Tehranın “Təxti” Stadionunda “Traxtur” futbol takımı ilə “Peykan” takımı arasında keçirilən müsabiqə (1 – 1) hesabı ilə sona çatdı.

Məlumata görə, müsabiqə boyu stadionda tamaşaçılar qismində bulunan minlərlə soydaşımız müxtəlif milli şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlar arasında “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara?!”, ““Traxtur”u el istər – Şərəfli millət istər” və ... kimi şüarlar olub.

Polis qüvvələri isə keçmişdəki müsabiqələr kimi bu dəfədə “Traxtur” tərəfdarlarına xüsusi ilə stadiona daxil olarkən təzyiq göstərib. Polis bəzi plakat və yazılmış parçaları stadiona buraxmayıb. Buna baxmayaraq, soydaşlarımız üzərində ay-ulduz olan bayraqları nümayiş etdirməyə nail olublar.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed