Şrift:
Ankaradakı uşaq islah müəssisəsində dava baş verib
22.12.2018 [10:12] - Gündəm, Hadisə
Ankarada yerləşən “Sincan” Qapalı Uşaq İslah Müəssisəsində cəza çəkən azyaşlı məhkumlar arasında dava baş verib.

Həbsxana əməkdaşlarının müdaxiləsi ilə davanın kütləvi xarakter almasının qarşısı alınıb. Təhlükəsizliyi təmin etmək üçün hadisə yerinə əlavə qüvvə cəlb olunub. Hələlik səbəbi açıqlanmayan dava zamanı 7-si cəza çəkən uşaq olmaqla, 21 nəfərin yaralandığı bildirilir. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed