26.07.2012 [14:35] - DAVAMın yazıları
Anar Turan
"OĞUZ" MAQ İB idarə heyətinin üzvü
Düz 137 il bundan öncə 1875-ci ildə Azərbaycanda ilk mətbuat növü olan qəzet istifadəyə verildi. O zaman çar Rusiyası tərkibində müstəmləkə həyatı yaşayan xalqımıza bu qəzet hava və su kimi vacib idi. Çünki rus imperiya siyasəti belə idi ki, müstəmləkə xalqlar maksimum dərəcədə elmdən-maarifdən,informasiyadan kənarda qalmalıydılar. Xüsusilə qafqazın ən böyük xalqı olan tatarlardan (Azərbaycan türkləri) daha çox ehtiyat edilir,ordu sıralarına çağırılmır,təqiblər və təzyiqlər daha çox bu xalqın başının üstünü qara buludlar kimi almışdı.Belə gərgin, eyni zamanda məhrumiyyətlərlə dolu həyat şəraitinin olmasına baxmayaraq o dövrün tanınmış maarif xadimlərindən olan H.B.Zərdabi min bir əziyyətlə də olsa “Əkinçi” adlı qəzet təsis edir və belə desək indi daha çox jurnalistika adlandırılan o dövrün milli mətbuatının ilk rəncbərinə çevrilir. Ruhu şad olsun! Biz həqiqətən bu çətin işin öhtəsindən məharətlə gəldiyi üçün və xalqımızın maariflənməsinin effektiv silahını yaratdığı üçün ona minnətdar olmalıyıq. Mətbuat günümüzdə belə maarif üçün son dərəcə əhəmiyyətli silah hesab edilir,o dövrdə isə bir xalq üçün hava və su kimi əhəmiyyəli hadisə sayılırdı.
O dövrdə məlumatsız və biliksiz insan kütləsini xatırladan Azərbaycanda cahillik və xurafat at oynadır,milli mənlik şüuru sarıdan yoxsulluq tüğyan edirdi. Məhz belə çətin bir məqamda Əkinçi xalqımızın qısa müddət də olsa elmə-təhsilə marağını xeyli yüksəltdi,onda ölmüş milli şüurun oyanmasına səbəb oldu. Çox keçmədi ki, bu qəzetin adı rus hakim dairələri tərəfindən qara siyahıya salınaraq fəaliyyəti dayandırıldı.Lakin sonra bir-birinin ardınca çap olunacaq qəzetlər üçün məktəb rolunu oynadı. “Əkinçi”dən sonra mətbuatımız inkişaf etməyə,qəzetlər,jurnallar buraxılmağa başladı. Bütün bunlar məhz Əkinçidən sonra baş verdi və ilk məktəb məhz bu qəzet idi ki, milliyyətinin kimliyini soruşanda müsəlmanam deyən avam türk kütləsini silkələməyi bacardı.
O zaman bir əkinçi bu böyüklükdə uğurlara imza atarkən bu gün sayı yüzlərlə ölçülən qəzet və jurnallar, üstəlik radio və televiziyalar bunu edə bilirmi? Bax bu çox mübahisəli məsələdir. Hər halda müqayisənin nəticələri bu günün əleyhinədir.Mən bu yazıda statistikadan uzaq olmağı hədəf götürdüyümdən indiki qəzet və jurnalların sayı barədə, tv-lərdə gedən əxlaqi-mənəvi,hərbi-vətənpərvərlik verilişlərinin dəqiq rəqəmlərlə nə qədər olması barədə məlumat verməyəcəm.Amma bircə onu bilirəm ki, özümüzə milli mətbuatın sələfi deməyə mənəvi haqqımız hələ ki yoxdur. Mən bu mənəvi haqqın ümumrespublika səviyyəsində olan problem olduğunu demək istəyirəm. Respublikada əksər mətbu orqanlarda, kiv-lərdə dilimizin yazılı və şifahi normalarından, ədəbiyyatımızdan, tariximizdən, jurnaslistikanın qızıl qaydalarından,hətta sıravi etiket qaydalarından bixəbər kifayət qədər insan fəaliyyət göstərməkdədir. Belə ünsürlər jurnalistika fakültəsini bitirənlər arasında da, başqa ixtisaslardan gəlib jurnaslit işləyənlərində arasında mövcuddur. Kimlərinsə tapşırığına əsasən işləyən və yüksək media layihələrində,mediya strukturlarında postlar tutan bu insanlar xeyli maddi vəsait əldə etmək və Həsən bəy Zərdabi irsini ləkələməkdən savayı heç bir iş görmürlər.
20 ildir ki, Milli Mətbuat Gününü qeyd edirik və jurnalistləri təbrik edirik. Bəs biz nə vaxta kimi, bu günü bütün jurnalist fəaliyyəti ilə məşğul olanlara şamil etməkdə tərəddüt edəcəyik. Hər il irəli getməkdən,vəziyyəti daha da düzəltməkdən daha da geri gedirik. Belə məqamda mərhum Üzeyir bəyin Nərdivan felyetonu yadıma düşdü.Orda əcnəbilərin fil düzəldərkən, bizim siçana başlamağımız və əcnəbilər fildən yuxarı qalxarkən,bizim bir siçanın əlində girinc olmağımız və nəhayətdə də yorulub bu işdən vaz keçməyimiz xüsusi yüksək bədii təfəkkür tərzi ilə ilə ifşa olunub. Həqiqətən biz belə iş görürük.Dünən qeyd olunan milli mətbuat günündən sonra çap olunan qəzetlərə baxıram çox az sayda istisnaları nəzərə almasaq,əksəriyyəti “köhnə hamam-köhnə tas” olaraq qalmaqdadırlar. Nə üslub dəyişikliyi yoxdur,nə yazı sahibinin bədii-estetik təfəkkür tərzi. Cümlələr səhv, hadisələrin ədalətli və dəqiq təhlili sıfır,qəzetin rəng çalarları keyfiyyətsiz, kağız keyfiyyətsiz, yazı şriftləri göz qamaşdırıcı,materiallar olduqca yorucu,bəzən də yersiz ,redaktəsi bərbad olan və s. və ilaxır.
Bundan əlavə milli mətbuat günündə bir-birini peşəkar jurnalistlər kimi təbrik edən bəziləri, bir gün sonra yenə də ənənəvi mənfi vərdişlərini nəinki tərgizmir, elə eyni ssenari heç bir öyüd-nəsihət və ya qadağa olmadan davam etdirilir. Yenə də tv-lərdə tüğyan edən dialekt problemi, nitqdə bölgələşmə,xəbər verilərkən titrlərin səhvliyi,reportajlara verilən izah titrlərin bayağılığı və s. öz aktuallığnı saxlayır. Ədalətlə yanaşsaq əksəriyyətimizin üslub baxımından bəyənmədiyimiz dövlət televiziyasında belə qeyri-peşəkar addımlara nadir hallarda rast gəlinir. Bunu da ki, mexaniki səhv adlandırsaq daha doğru olardı.
Göstərilən problemlərin siyahısını uzatmaq da olar. Məncə bu qədərini heç kəs anlamamış deyildir. Bu baxımdan bəs edər.Yekun olaraq qeyd etmək istəyirəm ki, əlində qələm tutan, lakin ruhunun qələmlə heç bir əlaqəsi olmayan “yazar”larımız və ya reketlərimizi təmizləmək yoluna qədəm qoymalıyıq. Bu gün əsrin əvvəllərində fəxrlə adlarını qeyd eydiyimiz fikir fədailərinin,düşüncə korifeylərinin yolundan xeyli uzaqlaşmışıq.Bu qədər saysız jurnaslitin içində bir qism, daha doğrusu çox az bir qism insan var ki, istər televiziya və radioda.istərsə də mətbuatda onlar həqiqətən bu məktəbin əsasını qoyan Zərdabi kimi böyük insanın irsinin keşikçiləri hesab olunmağa laiqdir. Bunların içində yaşlı nəsil də var, gənc nəslin nümayəndələridə. Əsas odur ki bu çox dar bir çevrəni əhatə etməməli və günümüzün bu aktual problemini ört-basdır etmək üçün istifadə olunmamalıdır. Çatışmazlıqları kökündən həll edəcək kifayət qədər ziyalı elita çevrəsi yaranıb meydana atılmalıdır. Yalnız bu halda Skandinaviya ölkələrində olduğu kimi əhalinin hər bir üzvü mətbuat oxuyar,hər bir fərd kiv-dən istifadə edəndə peşəkarlıqla təqdim olunan verilişlərdən “qidalanar”.Bax bu zaman Zərdabi irsinə sadiq qaldığımızla və onu yaşatdığımızla öyünə bilərik.

Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |