25.12.2018 [09:18] - Gündəm, Sağlıq
Dekabrın 25-də Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri Hönsü adasının mərkəzində yerləşən Seki şəhərində 7,5 min donuzun məhv edilməsi üçün cəlb olunub.
Kyodo agentliyi xəbər verir ki, hökumət bununla ölkədə donuz qripinin yayılmasının qarşısını almağa çalışır.
Məlumatda bildirilir ki, bu, Qifu prefekturasında həmin xəstəliyin altıncı dəfə yayılmağa başlamasıdır. Baş verən hadisə ilə bağlı Yaponiya Baş nazirinin dəftərxanasında böhran qərargahı yaradılıb.
Yaponiyada sonuncu dəfə donuz qripinin geniş ərazidə yayılması 1992-ci ildə ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında qeydə alınmışdı. Həmin vaxt xəstəliyin qarşısı alınmışdı. 2007-ci ildə isə bütün ölkədə həmin xəstəliyin tam məhv edildiyi bildirilmişdi. Bu xəstəliyin əsasən donuzları və qabanlara yoluxduğu, insanlar üçün təhlükə yaratmadığı bildirilir.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |